Çinli şirkətlərin tərəqqisi ilə yanaşı, milyarderlər populyarlığı getdikcə artan Çin dilini uşaqlarına öyrətmək üçün rəqabət aparırlar.
 
Independent’in xəbərinə görə, 1.2 milyard insanın danışdığı, dünyanın ən çox danışılan dili olan Çin dili biznes sahəsindəki populyarlığını getdikcə artırır. Bir çox varlı ailə, uşaqlarına Çin və Mandarin dilini öyrətməyə çalışırlar. Çin dili, Mandarin və Kanton olmaqla 2 əsas ləhcədən ibarətdir. 1 milyarda yaxın çinlinin danışdığı Mandarin ləhcəsi Kanton ləhcəsinə nisbətən daha məşhurdur. 
 
Uşaqlarını davamlı olaraq Mandarin kurslarına göndərən dünyanın ən varlı adamları arasında Amazon’un sahibi Jeff Bezos da var. Bezosun xanımı MacKenzie Bezos Vogue jurnalına verdiyi reportajda 4 uşağına da Mandarin dərsləri daxil olmaqla, Sinqapur Riyaziyyat Proqramı kimi tədris metodlarını öyrətdiklərini bildirdi. Həyat yoldaşı Çin vətəndaşı olan Mark Zuckerberg də uzun müddətdir ki, Çin dilini öyrənir və Mandarin ləhcəsini axıcı formada danışıq dilinə tətbiq edə bilir. Qızı Maks da süni intellektin köməyilə Mandarin dərslərinə qoşulur. 
 
Bu məşhur adlardan əlavə, ABŞ prezidenti Donald Trumpın qızı İvanka Trump və həyat yoldaşı Jared Kushner də uşaqlarını Mandarin dili kurslarına yazdıranlardandır. Hətta bir ara İvankanın 5 yaşlı qızı Arabella Çin dilində oxuduğu mahnı ilə YouTube sosial şəbəkəsində çox populyarlaşmışdı. 
 
Nəticə etibarilə, proqramlaşma dilləri gələcəyin ən ciddi iş mövqelərindən biri olaraq qəbul edilir. Artıq bu dillərin yanına Çin dilini də əlavə etmək lazımdır.