Adəm və Həvva müqəddəs kitablarda buna nail olmuş ola bilərlər, lakin elm bu qədər əmin danışa bilmir. Hər şeydən əvvəl, mövcud problemlərə nəzər salaq: Əgər 2 nəfərdən törəmə gedirsə aydındır ki, ilk yeni nəsil bir-biri ilə bacı-qardaş, ikinci nəsil isə nisbətən uzaq qohum olacaq. Bir çox araşdırma sübut edib ki, birinci və ikinci dərəcəli qohumların uşaq dünyaya gətirmələri çox vaxt yaxşı nəticələr vermir. 

1933-1970-ci illər arasında yaxın qohum valideynlərdən doğulan çex uşaqlarının yer aldığı araşdırmada uşaq ölümü və fiziki/zehni məhdudiyyət dərəcələrinin daha yüksək olduğu üzə çıxıb.

Pinglelap adasında isə sarsıdıcı qasırğadan sonra populyasiyanın bərpası üçün sadəcə 20 nəfər sağ qalmışdı və sonra bu adada çox yayılmış rəng korluğu xəstəliyi yarandı. 

BBC Future’nin əməkdaşı Zaria Gorvett Avropalı kral ailələrini və buradakı strateji evlilikləri başqa bir misal kimi çəkir. Bildiyimiz ən yaxşı misal olan İspaniya kralı 2-ci Charles fiziki və zehni məhdudiyyətlərlə dünyaya gəlib. Bəzi ispan elm adamları bunu kralın aşırı qohum evliliyi əmsalına bağlayırlar. Başqa sözlə o hər iki valideynindən də bir çox geni miras olaraq qəbul edib. 

Bu mövzu ilə bağlı araşdırmalar mövcuddur, lakin əsas fikir eynidir: Gen hovuzunun kiçik olması! 

Nadir görünən irsi xəstəliklər (daha əvvəl yuxarıda sözügedən rəng korluğu da daxil olmaqla) əsasən bir genin iki kopiyası ana və ata tərəfindən köçürüldükdə meydana çıxır. Əgər bu valideynlər eyni zamanda bir-biri ilə bacı-qardaşdırsa genlərinin oxşar olma ehtimalı çox böyükdür. Daha sonra bu problem nəsildən-nəsilə ötürülür. 

Amma bununla da bitmir. Genetik müxtəliflik növlərin problemləri aşmasına və ətrafdakı dəyişikliklərin öhdəsindən gəlmələrinə imkan yaradır. Bu hal yaxın qohumlar törəyən zaman yox olur. Əlavə olaraq, sperma keyfiyyətinin də qohum-əqrəba cütləşməsindən təsirləndiyi bildirilir. 

Yeni Zelandiyadakı Otago Universitetindən Bruce Robertson BBC Future kanalına bunları deyir: ”Kiçik populyasiyada hər kəs gec-tez qohum olacaq və bu qohumluq artdıqca qohum-əqrəba cütləşməsinin təsirləri daha da artacaq.” 

İstinad: Science Alert