Yaşadığı dövrdə dəyərinin bilinməməsi və intellektuallığı səbəbilə ”dəli” damğası almaq Tesla üçün yeni bir şey deyildi və bir çox dahi elm adamı kimi o da dövrünün qabaqcıllarından sayılırdı. Hətta onun üçün həyatın mənası hər zaman ”gələcək” demək idi. Hal-hazırki Xorvatiyada yaşadığı uşaqlıq illərində ailəsinin evində birlikdə böyüdüyü pişiyi Macak Teslanı kainatın sirlərini kəşf etməyə məcbur edəcəkdi. Öz qeydlərində və danışdığı hekayələr arasında belə bir hekayə yerləşir;

Bir axşam Macakla oynayarkən Tesla ilk kiçik ölçülü statik şokunu yaşayır. Statik elektrik elə intensiv yaranmışdı ki, elektrikin çıxardığı o qəribə çıtırtını bütün ev eşitmişdi. Teslanın bu haqda maraqlı fikirləri var: Macak-ın məni vurması ilə gördüklərim möcüzə idi. Hiss etdiklərim qarşısında həyəcandan dilim tutulmuşdu. Atam baş verən hadisənin şimşəklərin ağacları hədəf aldıqları zaman çıxan enerjiyə oxşar olduğunu açıqladıqdan sonra ağlımda bu suallar yaranmışdı.

Təbiət nəhəng pişiyəmi bənzəyirdi? Bəs elədirsə, qarşılıq verən kimdir?

Bunları düşünən zaman cəmi 4 yaşı var idi. Ən yaxşı dostu Macak sayəsində elektriklə tanış olmuşdu. Daha sonralar elektriklə olan macərası həyat prinsipi oldu. 1891-ci ilin mayında Alternativ Cərəyandan istifadə etdi. Hal-hazırda istifadə etdiyimiz radio, elektrikli mühərrik, uzaqdan idarəetmə cihazı, tesla bobini, lazer, rentgen, naqilsiz əlaqə cihazları, robotik botlar, fırlanan maqnit sahəsi və bunlar kimi 700-ə yaxın ixtiranın patenti Teslaya aiddir.

Elektriki naqil istifadə etmədən hava yolu ilə çatdırmaq ən böyük arzusu idi. Belə ki, 1893-cü ildə Çikaqoda baş tutan bir tədbirin səhnəsində naqilsiz ötürməni əlindəki lampanı yandıraraq təsdiqlədi. 1889-cu ildə Koloradoda apardığı təcrübələrdə 42 km uzaqdakı 200 lampanı çox böyük bobinlə çatdırdığı naqilsiz güc sayəsində yandırmağa nail olmuşdu.

Beynində sadəcə ”gələcək” olan Nikola Tesla Yerin maqnit sahəsindən yararlanaraq insanlara pulsuz enerji verməyi planlayırdı. 1901-ci ildə Nyu-Yorkda Verdenklayf qülləsinin inşasına start verildi, lakin 1904-cü ildə Teslanın sponsoru bazarda enerjidən qazanan insanları qəzəbləndirəcəyini düşünərək dəstəyi dayandırdı. Bütün uğursuzluqlara baxmayaraq Tesla ümidini, inamını və araşdırma qabiliyyətini itirmədi.

Nikola Tesla bütün bu nəzəriyyələrin, təcrübələrin, anlayışların arasında itmiş bir adamdan başqa təbiətin ehtişamını duyan insanları və digər canlıları düşünən, qeyri-müəyyəni kəşf etmək və inkişaf etdirmək həyəcanı ilə yaşayan xəyallarını gerçəyə çevirən əvəzolunmaz insan idi.