Hər il elm dünyasının parlaq beyinləri bizə mikroskopik dünyalardan makroskopik dünyalara qədər yüzlərlə yeni elmi xəbərlər almağa imkan verirlər. Bugün, Elm Azərbaycan olaraq dünyanın ən vacib elm adamları və araşdırmaçıları sayəsində 2017-ci ilin əsas elmi yenilikləri barədə xəbər verə bilirik!

Beyninizi ən son elmi xəbərlərlə doldurmağa hazırsınızmı?

Elədirsə, başlayaq!

Dünyanın ən qabaqcıl dərman şirkətlərindən olan Merck’in hazırladığı peyvənd ilk dəfə Ebola virusunun insandan insana yoluxmasının qarşısını ala bildi. RVSV-ZEBOV peyvəndinin vurulduğu 5837 nəfərdə 10 gün sonra virus əlamətlərinin yox olduğu üzə çıxdı. 

NASA 7 yeni planet kəşfi ilə bu planetlərdə su tapa biləcəyini iddia etdi! NASA 22 fevral 2017-ci ildə verdiyi mətbuat konfransında Günəş Sistemimizin xaricində 7 planetə sahib, sonradan TRAPPİST-1 adlandırılan sistem kəşf etdiyini açıqladı. NASA Spitzer Kosmik Teleskopu bu planetlərin Yer ölçülərində olduqlarını bildirdi. Planetlərin üçünün həyat əlamətli bölgədə yerləşdikləri və maye halda suya sahib ola biləcəkləri iddia edildi.

Avropa Kosmik Agentliyinin Çilidə yerləşən teleskopları ilk dəfə cazibə dalğalarının görünən işıqdakı qarşılığını müəyyən etdilər. Bu tarixi müşahidələrə əsasən müəyyən olunan bu bənzərsiz obyekt 2 neytron ulduzunun birləşməsinin nəticəsi idi.

SpaceX şirkətinin geri qaytarılan roketi tarix yazdı! 30 mart 2017-ci ildə SpaceX istifadə olunmuş Falcon 9 roketini yenidən havaya qaldırıb geri qaytararaq tarix yazdı. Bu proses hər uçuş üçün 18 milyon dollar qazanc əldə etmə potensialına sahibdir. 

Maye ilə dolu paketlər quzuların bətndən kənarda da böyüməsini təmin edir. 26 aprel 2017-ci ildə Filadelfiya Uşaq Xəstəxanasının fizikləri 37 həftədən tez doğulan uşaqların ölüm və xəstəlik risklərini əngəlləmək üçün sintetik cihaz istifadə edərək qadın bətnini simulyasiya etdilər. 

Orqanlar yenidən yaradıla, insanın beyin toxumaları yenilənə bilər! 1 may 2017-ci ildə tibb sahəsində çox vacib irəliləyişlər qeydə alındı. Şimali Karolinadakı The Wake Forest Bərpa Tibb Mərkəzi süni formada insan toxuması hətta orqan istehsalı üçün araşdırmalar aparır. Bu araşdırmalar sayəsində bir gün ziyan görmüş sinir yenidən əvəzlənə bilər hətta qol ayaq və orqanların hamısı yenilənə bilər!

Sussex Universitetinin elm adamları smartfon ekranlarının sınma probleminə yeni həll yolu tapdılar. Qrafin sayəsində smartfon ekranları daha ucuz və daha az kövrək olacaq. Normal halda smartfon ekranlarında istifadə olunan indium qalay oksid həm kövrək, həm də bahalıdır. İndium nadir metaldır və onu əldə edərkən təbiətə vurulan ziyan da çoxdur. Araşdırmaçılar isə bu problemi nəzərə alaraq gümüş nano tellərlə qrafini birləşdirdilər.

Misirin Böyük Giza (Xufu-Xeops) piramidasında yüksək texnologiyaların köməyilə araşdırmalar aparan elm adamları 30 metr uzunluğunda gizli otaq tapdılar. 19-cu əsrdən bəri piramidalarda edilən ən böyük kəşf olaraq tarixə keçən otaq sayəsində fironların həyatına dair yeni məlumatlar əldə olunacaq.

Sonsuz dişi siçovullar kök hüceyrə sayəsində yenidən mayalandılar! Sonsuz dişi siçovullara verilən yumurta istehsal edən kök hüceyrələr sayəsində sağlam siçovullar doğulacaq! 18 mayda Molekulyar Terapiya jurnalında yayımlanan araşdırma oxşar əməliyyatla qadınlardakı sonsuzluq problemi üçün həll yolu ola bilər.

Ürək tutmasından sonra ürəyi əvvəlki vəziyyətinə sala bilən dərman yaradıldı. MDİ Biologiya Laboratoriyasının elm adamları ürək tutmasından sonra ürək əzələsi funksiyasını bərpa edə biləcək mükəmməl dərman namizədini nümayiş etdirdilər. Regenerative Medicine jurnalında yayımlanan araşdırmada MSI-1436’nın zebra balığı və siçovullarda ürək əzələ toxumasını bərpa etdiyi göstərildi.

Kepler teleskopu Günəşə oxşar ulduzun ətrafında 8-ci planeti başqa sözlə 8 planetli ilk sistemi kəşf etdi! Kepler 90 ulduzu ətrafında tapılan Kepler-90i isti daşlı planet ulduzunun ətrafında 14.4 günə 1 dövr edir. Bu planet Google şirkətinin süni intellekti sayəsində tapıldı. Süni intellekt Keplerdən gələn məlumatları öyrənərək xarici planetləri tapa bilir.