Çernobıl faciəsi haqqında bugünə qədər yüzlərlə yazı və ya fakt oxumusunuz. Bu faciənin insanlara və heyvanlara vurduğu ziyan  barədə də az-çox məlumatınız var. Bugün isə vəziyyət tamamilə fərqlidir. Belə ki, artıq Çernobıl faciəsinin ziyan vurduğu ərazilərdə vəhşi həyat canlanmağa başlayıb. 

Girməyin!

1986-cı ilin aprelində Ukraynanın Çernobıl şəhərindəki nüvə stansiyasında baş verən qəza, reaktorlardan birinin sıradan çıxmasına və radiasiyanın yayılmasına səbəb oldu. Radiasiya, Ukrayna, Rusiya və Belarusiya ərazilərinə yayılacaq qədər güclü idi. Onun təsir dairəsi 30 kilometrə çatırdı. O vaxtdan bəri bu əraziyə yalnız xüsusi icazəsi olan insanlar daxil ola bilir.

Lakin bu faciənin artıq parlaq tərəfi var. İnsan müdaxiləsinin olmaması yabanı həyatda drammatik artıma səbəb olub. Ukrayna Milli Coğrafiya Assosiasiyasının nümayəndələri 2016-cı ildə bölgəyə edilən araşdırmalar nəticəsində onlarla bizon, donuz, porsuq, boz qurd və qırmızı tülkü görüntülərini əldə ediblər.

Qaranlıq tərəf

    Bu canlıların nə qədər sağlam olduqları müzakirə mövzusudur. Danimarkalı elm adamı Anders Peyp Möller və Cənubi Karolina Universitetindən bioloq Timoti Mosseu Çernobılın vəhşi sakinləri üçün o qədər də müsbət danışmırlar. Apardıqları araşdırmalar nəticəsində bəzi növlərin mutasiyaya uğradığı üzə çıxıb.

Bir məsələ dəqiqdir; Çernobılın indiki vəziyyəti bu canlıların yaşaması üçün əlverişlidir. Bioloq Cim Bisli National Geographic-ə verdiyi müsahibəsində bildirib ki, insanların radiasiyaya qarşı mübarizələri heyvanlardan 10-15 dəfə aşağıdır.

Şəkilləri təqdim edirik: