Damien Chazelle tərəfindən hazırlanan və Aya ilk ayaq basmış insan Neil Armstronq-un yaşadıqlarını izah edən film kosmik səyahətlərimizin ilk illərindən bəhs edəcək. Armstronq-un şəxsi həyatına və test pilotu olaraq başlayıb kosmonavt olduğu NASA kariyerasına köklənəcək film bioqrafik kateqoriyasına aid edilmir.

Kosmos filmlərinə çox fərqli təcrübə yaşadacaq bu film tarixçi James Hansen-in 2005-ci il tarixli və Armstronq-un həyatından bəhs edən First Man adlı kitabından götürülüb.

Tanıtım çarxında əvvəlcə Saturn V adlı raketin uçuşunu izləyirik. 9 fərqli missiyada düz 24 kosmonavtı Aya sağ-salamat aparan raket Aya ilk ayaq basmış Neil Armstronqu da daşımışdı.

Bu səhnələrdən sonra Armstronqu həyat yoldaşı və uşaqları ilə birgə görürük və filmin Ay səyahətiylə yanaşı Armstronqun şəxsi həyatıyla da olduğunu görmək olar.