Çinin Vernee smartfon şirkəti Thor + 6200 mAh batareya ilə enerji problemini kökündən həll etməyə hazırlaşır.
Müasir dövrümüzün smartfon istehsalçıları cihazların incəliyini təmin etmək üçün irihəcmli batareyalardan qaçmağa çalışır. Vernee şirkəti isə keçən aylarda təqdim etdiyi Thor E adlı modelinə 5200 mAh batareya qoymuş və cihaz yenə də xarici görkəmi itirməmişdir. Şirkət indi batareya mövzusunda bir addım da irəli gəldi və Thor + modelinə nə az, nə çox 6200 mAh gücündə batareya yerləşdirdi.
5.5 inç HD ekrana sahib olan Thor + gücünü MediaTek MT6753 prosessorundan alır. 3GB RAM’a sahib cihaz 32GB arta bilən yaddaşa sahibdir. Arxa kamerası 13, ön kamerası isə 8MP olan Thor + qutudan Android 7.0 Nougatla birgə çıxır. 
Cihazın ən mükəmməl tərəfi batareyasının 6200 mAh olmasıdır, amma əlbəttə ki, bu hər şey demək deyil. Bunu bilən Vernee hazırladığı VOS adlı sistem sayəsində batareya istifadəsini tənzimləyir. Beləliklə, cihaz 20 saat video izləmə vaxtı və 30 gün gözləmə müddəti vəd edir. Əlavə olaraq, bu nəhəng batareyanı sadəcə 90 dəqiqə ərzində 100% doldura bilərik.
Vernee Thor Plus sadəcə 169 dollar qiyməti ilə sentyabr ayında satışa çıxacaq.