Afrika filləri onları fil dişi ovçularına qarşı qoruyan təbii seçmə ilə qəribə təkamül keçirirlər. Yeni doğulan fillərin bir çoxunda diş çıxmır. 1990-cı ilə kimi Mozambikdəki Gorongosa Milli Parkında təxminən 2500 fil yaşayırdı. Amma 1977-1992-ci illər arasında davam edən 15 illik daxili münaqişə əsnasında fillərin 90%-i fil dişi ovu ilə əlaqədar olaraq öldürüldü. Elm adamları müharibədən sonra doğulan dişi fillərin demək olar ki, 1/3-nin diş çıxarmadığını müşahidə edib. Normal şərtlər altında fillər arasında dişsiz doğulanların sayı ümumi sayın 4%-ni təşkil edirdi.

Heyvanlar aləmində ən qəribə 5 cütləşmə

Fil dişi səbəbilə öldürülməyən bu dişsiz fillərin genlərini yeni doğulan fillərə ötürməsi səbəbilə onların diş çıxarma faizlərində ciddi azalma yaratdığı güman edilir. Kent Universitetinin araşdırmaçıları hal-hazırda yeni xüsusiyyətlər haqqında daha çox məlumat almaq üçün genetik araşdırmalar aparırlar. Tez-tez rast gəlinən qaçaqovçuluq səbəbilə sağ qalan kiçik dişli və dişsiz fillərin balalarında da kiçik dişlər və ya dişsizlik müşahidə olundu. Keniyadakı fillərin diş ölçüləri əhəmiyyətli dərəcədə azalarkən Cənubi Afrikada Addo Fil Milli Parkında doğulan dişi fillərin 98%-i artıq dişsizdir! Gorongosadakı araşdırmaçılar fillərin davranışlarında da dəyişikliklər meydana gəldiyini qeyd edirlər.

Dişi Afrika fillərində aqressivlik və döyüşkənlik inkişaf edib. Artıq onlar (Afrika filləri) yoldan keçən maşınlara və insanlara qarşı az tolerant davranırlar.

Erkək fillər dişlərini suyu qazaraq lifli qidaları əldə etmək və dişi uğrunda döyüşmək üçün istifadə edirlər. Kaliforniya Los Anceles Universitetindəki təkamül bioloqları fillərin niyə belə bir dövrə girdiyi və diş itkisinin niyə məhz dişilərdə baş verdiyini anlamağa çalışırlar.

http://telegraph.co.uk