Musiqiyə marağı anasının səyi nəticəsində yaranmışdı. Albert 6 yaşındaykən skripka dərslərinə başladı. Musiqini notlarla öyrənməsi və buna əzbərləməyi sevmədiyi halda məcbur olması onun əhvalını pozurdu. Daha sonralar ardıcıl olaraq məşq etməyin vacibliyini qavrayaraq musiqidən zövq almağa nail oldu.

Araşdırma aparmaq əlbəttə ki, onun üçün hər şey demək idi və özünü buna inandırmışdı. Amma musiqi Eynşteynin digər ehtirasları arasında ən üst pillədə qərarlaşırdı. Bir dəfə, ”Əgər fizik olmasaydım, musiqiçi olardım.” demişdi. Bir müxbirə dedikləri də olduqca qəribədir:

– Əsasən musiqi ilə düşünürəm. Xəyallara musiqi ilə birlikdə dalıram və həyatıma musiqinin perspektivindən baxıram. Həyatda ən böyük zövqü də məhz musiqidən alıram.

Xüsusilə Mozartı sevən Eynşteyn dostlarına, ”Mozartın musiqisi elə saf və gözəldir ki, onu kainatın ağlasığmaz gözəlliyinin əksi kimi görürəm”, demişdi…Musiqi Eynşteyn üçün sadəcə əyləncə yox, eyni zamanda onun işini asanlaşdıran vasitə idi.

İkinci arvadı Elsa bir dəfə belə bir açıqlama vermişdi:

– Balaca qız ikən Albertə aşiq olmuşdum, çünki skripkası ilə Mozartı çox yaxşı ifa edirdi. Pianonu da bacarırdı. Musiqi, nəzəriyyələri haqqında düşünməsinə yardım edirdi. Araşdırma aparardı, yenidən pianonun arxasına keçərdi, bir neçə not ifa edib araşdırmasına qaldığı yerdən davam edərdi.

Mozartdan başqa ən sevdiyi bəstəkarlar Schubert və Bacli imiş. İllər sonra Eynşteynin oğlu Hansa dedikləri də bir xeyli qəribədir:

– Musiqi ilə bağlı sloqanım belədir: ”Dinlə, ifa et, sev, hörmət bəslə və ağzını bağlı saxla!”

Eynşteynə görə düşünmək üçün musiqi əvəzedilməz idi. Düşünməyə nə vaxt ehtiyac duysa rahatlamaq və düşüncələrinə istiqamət vermək üçün musiqidən istifadə edirdi.

Bu hal (Eynşteyn ABŞ-a köçdüyü zaman tanış olmaq istədiyi ilk şəxsin kim olduğu ondan soruşulanda çəkdiyi ad) Çarli Çaplinin avtobioqrafiyasındakı xatirə ilə ifadə edilir. Eynşteynin ikinci arvadı Elsa onun ümumi nisbilik nəzəriyyəsini tapdığı səhərlə bağlı hekayəni Çaplinə belə danışmışdı:

– Həkim (Eynşteyn) həmişə olduğu kimi qəlyanaltı üçün pijamaları ilə aşağı düşdü, amma heçnə yemədi. Bir problemi olduğunu düşündüm və bu problemin nə olduğunu soruşdum. ”Həyatım çox mükəmməl bir fikrim var”, dedi…Qəhvəsini içdikdən sonra pianonun arxasına keçdi və çalmağa başladı. Arabir barmaq hərəkətlərini dayandırıb not dəftərinə baxırdı.

Yarım saat piano arxasında oturan Eynşteyn ortaya atdığı böyük fikrin ovsununa ilişib qalır və qəlyanaltı etmədən otaqdan çıxır. İki həftə sonra üzərində ümumi nisbilik nəzəriyyəsinə aid tənliklərin yazıldığı bir yığın kağızla aşağı enir.

Avtobioqrafik mənbələrə görə Eynşteynin musiqiyə və qadınlara olan marağının Nəzəri Fizikadan sonra yarandığı deyilə bilər. Yəni, Eynşteynin sadəcə Nəzəri Fizika sevgisindən danışmaq onu yarımçıq izah etmək deməkdir.

Dostu Michele Bessoya yazdığı məktubda Nəzəri Fizika ilə bağlı, ”Əgər işim olmasaydı yaşamaq istəməzdim. Ruhumu və bədənimi elmə satdım və buna görə peşman deyiləm”, demişdi.

Mənbə: ”Dahilər və Sevgiləri” kitabından