Alkoqol mərkəzi sinir sisteminə təzyiq göstərərək sedativ effekt yaradır və motor neyron koordinasiyasını zəiflədir. O, eyni zamanda, düşünmə, mühakimə, yaddaş və özünü idarə vərdişlərinə də mənfi təsir göstərir. Baxmayaraq ki, alkoqolun sedativ təsiri var, onun effekti azalan kimi yatmış insanın yuxusu pozulmağa başlayır, hansı ki, bu da insomniyanın əsas səbəblərindən biridir.

Alkoqolun təsir dinamikası

   Böyük çəkili adamların kiçik çəkililərə nəzərən qan dövriyyəsi daha böyük olduğundan alkoqolun konsentrasiyası ikincilərə nəzərən birincilərdə daha yavaş gedir (əgər eyni miqdarda qəbul edilibsə). Qida alkoqolun qana absorbsiyasını yavaşladır. İçkini az miqdarla yavaş-yavaş qəbul etmək də onun bədənə sorulmasına mənfi təsir göstərən başqa bir amildir. Üçncü bir yol isə içmə zamanı qeyri-alkoqolik içkilərin qəbul edilməsidir.

Qadınlarda təsiri.

    Qadınlar kişilərə nəzərən öz qan-damar sistemlərində daha çox alkoqol toplaya bilirlər. Çünki onların bədəni kişilərə nəzərən alkoqolu fərqli emal edir. Belə ki, onların daha zəif təsir gücünə malik mədə enzimləri var, hansı ki, bu enzimlərin işi alkoqolu qan dövranına keçid eləmədən öncə neytrallaşdırmaqdır. Bundan əlavə, qadınlar daha böyük nisbətdə piylənməyə meyillidirlər; piy isə alkoqolu absorbsiya etmir və beləcə onun qanda miqdarı yüksəlir. Eyni zamanda, çəki almaq məsələsində də qadınlar kişilərə nəzərən daha meyillidirlər ki, bu da onların qan sistemində daha çox alkoqolun toplanmasına şərait yaradır (qan dövriyyəsi böyük olduğundan). Alkoqol beynin idarəetmə ilə bağlı olan hissəsinə də mənif təsir göstərəcəyindən içkili halda nəqliyyatı idarə etmək çox təhlükəlidir.

Hamiləlik.

   Şübhəsiz ki, hamiləlik zamanı çox alkoqol qəbul etmək hələ doğulmamış körpəyə zərər verə bilər. Ümumiyyətlə, ekspertlər hamilə olmağa hazırlaşan və artıq hamilə olan qadınlara alkoqol qəbul etməməyi tövsiyə edirlər. Belə ki, Fetal Alkoqol Sindromu olaraq bilinən problemlər meydana gəlir. Sözügedən simptomlara bunlar aiddir:

  1. Hərəkət və diqqət problemləri
  2. Ürək qüsurları
  3. Üzün quruluşunda dəyişikliklər
  4. Doğum öncəsi və sonrası inkişafdan qalma
  5. Danışma və düşünmə ilə bağlı prolemlər
  6. Öyrənmədə zəiflik
  7. Hərəkət və müvazinat problemləri ilə müşayiət olunan zəif əzələ tonusu

 Yeniyetmələr.

   Alkoqol qəbul edən yeniyetmələr ailəsi, məktəbi və ümumi olaraq çevrəsi ilə bir çox problemlər yaşayırlar. İçkinin nəticəsi olaraq yeniyetmələrdə fikir konsentrasiyaının, öyrənmə qabiliyyətinin və iş performansının zəifləməsi müşahidə olunur. Daha dramatik nəticə olaraq isə, əsəbilik, kin tutmaq və aqresivlik halları da meydana gəlir. İçkili olan yeniyetmənin nəqliyyatı idarəetmə zamanı qəza törətmək və üzən zaman boğulmaq ehtimalı digər insanlara nəzərən daha çoxdur. Dünyada hər il milyonlarla yeniyetmə alkoqol qəbulunun yaratdığı hadisələrdən ya vəfat edir, ya da sağlamlığında ciddi problemlər meydana gəlir. Bu baxımdan valideynlər hər zaman övladları ilə geniş miqyasda söhbət etməli, onları maarifləndirməli,  meydana gələ biləcək təhlükələrdən həm övladlarını, həm özlərini, həm də çevrədəki insanları qorumağa çalışmalıdırlar.

Mənbə: Harvard Medical School

Tərcümə və redaktəZiya Kərimov