1.AMERİKAN İNGİLİSCƏSİ FAKTİKİ OLARAQ DAHA QƏDİMDİR..

Bu Britaniyalı bir şəxsin biləcəyi bir şey deyil çünki, bildiyiniz kimi biz Amerikaya həyat vermiş ölkəyik. Bu fakt həqiqətən realdır. Birinci dəfə mühacirlər İngiltərədən Amerikaya yola salınanda, eyni zamanda özləri ilə birlikdə “rotik tələffüz”ə əsaslanan (sözdə r səsini səsləndirəndə) ümumi dili də götürmüşlər. Eyni zamanda Böyük Britaniyanın zəngin cənub şəhərlərində yeni ali siniflərdən olan insanlar özlərini digərlərindən fərqlədirmək  istəyirdilər, ona görə də onlar özlərinin rotik danışıqlarını “winter” sözünü “win-terr” yerinə “win-teeh” yumşaq “r” səsinə dəyişməyə başladılar. Əlbəttdə bu insanlar əla (havalı) görsənirdilər və hər kəs onları təkrarlamaq istəyirdi, ona görə Britaniya əhalisinin “Alınan tələffüz” kimi müraciət etdiyi bu yeni danışıq növü İngiltərənin cənubunda geniş yayılmağa başladı. Bu həmçinin İngiltərənin cənubunda bir çox yerlərin özlərinin regional vurğularının bir hissəsi kimi var olduğu rotik tələffüzün hələ də var olmasını izah edir. Təməl olaraq siz Londanda ingiliscə danışırsınızsa, sizin səsiniz daha gözəl səslənəcək. Davam edin..(Dayanmayın, Qalib gəlin, Savaşın)

2. BRİTANİYA İNGİLİSCƏSİ DAHA ÇOX FRANSIZSAYAĞIDIR..

Fransız dili ingilis dilinə ingilislərin etiraf edə biləcəyindən də çox təsir etmişdir. Villiam Britaniyanı işğal edəndə o Norman fransızcasını özü ilə gətirmiş və onu məktəblərdə, məhkəmələrdə, universitetlərdə, yuxarı siniflərdə ali dil etməsi birinci dəfə XI əsrdə olmuşdur. Bu dil çox inkişaf edə bilmədi, amma əvəzində ətrafdakı bütün dilçilik təsirlərini əzərək “Orta İngilis dili” kimi inkişaf etdi. İkinci dəfə 1700-ci illər ərəfəsində Böyük Britaniyada fransızsayağı sözlər və yazılışlar trendə çevrildi. Əlbəttə, amerikanlar okeanın o biri tərəfində yaşayırdılar və bu trenddə iştirak edə bilmədilər. Buna görə Britaniya ingiliscəsinin amerikan ingiliscəsindən çox fransız dili ilə daha çox oxşarlığı var. Bu bizim kruasanlara olan aludəçiliyimizi də izah edir. Və yaxud, yalnız mənə elə gəlir..

3. AMERİKAN ORFOQRAFİYASI ETİRAZ  FORMASI KİMİ İCAD OLUNMUŞDUR.

Amerikan və Britaniya lüğətləri çox müxtəlifdir. Çünki onlar 2 müxtəlif dil prespektivləri olan 2 çox müxtəlif müəllif tərəfindən tərtib olunublar: Böyük Britaniyanın lüğəti bütün məşhur ingilis sözlərini toplamağa çalışan, Londondan olan (müəyyən səbəblərə görə Oxford deyil) elmi işçilər tərəfindən hazırlanarkən, amerikan ingiliscəsi Noah Webster adlı lüğətşünas tərəfindən hazırlanmışdır. Webster istəyirdi ki, Amerikan orfoqrafiyası yalnızca çox sadə olmasın, həmçinin Böyük Britaniya orfoqrafiyasından fərqlənsin. O, İngiltərədə fransız təsirindən yaranmış “colour” və “honour” sözlərindən “u” hərfini salmış əvəzində onları “color” və “honor” kimi saxlamışdır. O eyni şeyi sonu *ise ilə bitənləri *ize etmək üçün etdi, çünki o fikirləşirdi ki, amerikan ingilis orfoqrafiyası deyildiyi kimi tələffüz olunmayacaq. Üstəgəl  z yazmaq üçün daha havalı səslənir.

 4. AMERİKAN İNGİLİSLƏRİ BÜTÖVLÜKDƏ SÖZLƏRİ SALMAĞI XOŞLAYIRLAR

Bəzən Amerikan ingiliscəsində Britaniya ingiliscəsində danışanlar üçün mənasız gələn fərqlər olur, belə ki, amerikanlar cümlədən bəzi sözləri çıxardırlar. Amerikalı kimsə “onlar sizə məktub yazacaqlar deyəndə” “Onlar sizə yazacaqlar” deyirlər. Siz amerikalıdan “Onlar alış-verişə getmək istəyirlərmi?” soruşanda “Özüm bacarardım” deyə bilərlər. Böyük Britaniyada bu cavablar həqiqətən qəribə səslənir, çünki biz “Mən sənə yazacam” və “Mən özüm gedə bilərəm” deyə bilərik. Felləri salmaq onunla əlaqədar ola bilər ki,  amerikalılar tez danışmaq istəyirlər və yaxud britaniyalılar dedikləri hər şeyi dəqiq heca ilə tələffüz etməyi xoşlayırlar. Burada kimsə qalib deyil, amma əgər biz qalibi müəyyən ediriksə bu Britaniya ingiliscəsi ola bilərdi çünki, səmimi olsaq amerikan üsulu heç bir məna kəsb etmir. Ona görə yox ki, qeyri-obyektivəm..

5.MÜXTƏLİF DİLLƏRDƏN ALINMIŞ 2 NÖV İNGİLİS DİLİ

Nəzərə alanda ki, mədəni təsirlər hər bir ölkənin müstəqilliyinə təsir edir, aydın olur ki, Britaniya və Amerikan ingiliscəsi müxtəlif cür inkişaf ediblər. Müəyyən səbəblərə görə bu ərzağa aid sözlərdə özünü daha çox biruzə verir, məsələn: coriander (keşniş-Britaniya, fransızcadan götürülmüş) və cilantro (keşniş-Amerikan, İspaniyadan götürülmüş) və aubergine (badımcan-Britaniya, ərəblərdən götürülmüş) və eggplant (Amerikan, bənövşəyi yumurtaya bənzədiyi üçün belə adlanır). Nümunələr çoxdur, amma bir şeyi yadda saxlamaq vacibdir ki, ən doğrusu bunu təhsil aldığınız ölkədə öyrənməkdir. Bütün  bunlardan sonra siz britaniyalılardan aluminium-foil istəməli olmayacaq və onu  aloo-minnum kimi səsləndirməyəcəksiniz. Gəlin hətta bu mövzulara keçməyək..

İstinad: http://www.ef.com/az/blog/language/amerika-və-boyuk-britaniya-ingiliscəsinin-5-fərqi/