Okean araşdırmaçılarının sualtı kameralarına tuş gələn bu dəniz canlısı ötən bazar günü Şərqi Antarktidanın cənub sahillərində müşahidə olunub.

Elmi adı ilə Enypniastes Eximia olan bu canlı daha əvvəl sadəcə Meksika körfəzində görüntülənmişdi.

Qırmızı rəngli bu dəniz canlısının yan tərəflərində yerləşən tora oxşar strukturlar onun üzməyinə yardımçı olur. Toyuq görüntüsünə oxşayan görüntüyü pozan şey isə başının olmalı olduğu hissədə yuvarlaq, kəskin dişlərə sahib ağıza oxşar orqanın yerləşməsidir.

Görüntüləri əldə edən kamera 3 kilometrə qədər dərinliyə eniş edə bilən cihaza məxsusdur. Bu cihaz sayəsində okeanın daha əvvəl müşahidə olunmamış nöqtələrini kəşf etməyi və yeni növlər tapmağı hədəfləyən araşdırmaçıların daha çox yırtıcı kəşf edəcəklərinə heç bir şübhə yoxdur, xüsusilə də okean haqqında olduqca az məlumat sahibi olduğumuzu nəzərə alsaq.