Dünya böyük tarixi fəlakətlər və bu fəlakətlərin uzun müddətli izləriylə dolub-daşır. Bu ən vacib izlərdən biri isə fosillər hesab olunur və Antarktikada tapılan bu fosillər buranın bir vaxtlar meşələrlə əhatəli olduğunu təsdiq edir.

Araşdırmaçılar Erik Gulbranson və John İsbell’in başçılıq etdiyi elm adamlarından ibarət bir heyət National Gographic’in dəstəyi ilə araşdırma başlatdılar. Onlar aşağı temperatur, 24 saat boyunca batmayan Günəş işığı və bir neçə şanssız hadisələrlə mübarizə apararaq Antarktikadakı fosil qayalarını araşdırdılar.

2016-cı ilin noyabr və 2017-ci ilin yanvar ayları ərzində aparılan bu araşdırma zamanı müxtəlif fosil nümunələri yığıldı. Nəticə olaraq, dünya tarixinin ən böyük kütləvi məhvinin araşdırılmasına yardım edəcək 13 hissəli fosil mənbəyi əldə olundu. Məlumatlara görə, Antarktika 260 milyon il bundan öncə yaşıllıqla örtülü bir qitə idi.

Prof. Gulbranson: Bütöv qitə daha isti və nəmli ekosistemə sahib idi. Hal-hazırda, Sibirdə yerləşən, davamlı olaraq yaşıl qalan və azçeşidli ekosistemin bir vaxtlar Antarktikada da mövcud olduğu məlumdur.

Fosilləşmə dövrü qədim ağacların bioloji və kimyəvi tərkibini qoruyub saxladı. Bunun nəticəsi olaraq, araşdırmaçılar fosil meşələrinin içindəki mikroorqanizmləri və göbələkləri araşdıra bilirlər. Gulbranson tapılan fosillər haqqında, ”Əslində, dünyanın ən yaxşı qorunmuş fosil bitkilərindən bəzilərinə sahibik. Ağacların içindəki göbələklər ehtimal ki, minerallaşıblar və bir neçə həftə ərzində daşlaşıblar”, deyə açıqlama verib.

Eramızdan əvvəl bitkilərin fəsillər arasında sürətlə keçid edə biləcəyini üzə çıxaran araşdırmaçılar müasir bitkilərin eyni dayanıqlığa sahib olmadıqlarını düşünürlər. 

Antarktika sakinləri yerləşdikləri mövqeyə görə Günəş işığını bizim kimi qəbul etmirlər. Bu qitədə gündüzlər 5-6 ay davam edir və gecələr də eyni uzunluğa sahib olur. Hətta gün batışı və doğuşu belə 1 ay vaxt ala bilir. Bu səbəblə, bu qitənin sakinləri həm çox yüksək və həm də çox aşağı temperaturları yaşayırlar. Elm adamları qədim dövrlərdəki bitki örtüyünün bu qəribə dəyişikliyə necə tab gətirdiklərini açıqlamağa çalışırlar. Çünki hal-hazırda, 5-6 ay Günəş işığı görmədən yaşayan bitkilərin sayı çox azdır. 

Kütləvi məhv

251 milyon il əvvələ qədər davam edən Erkən Tunc Dövrü ”Super Qitə” deyilən və bugün bilinən bütün qitə formalarının bir yerdə olduğu dövr idi. Sonra dövrümüzün Antarktikası, Cənubi Amerika, Afrika, Hindistan, Avstraliya və Ərəbistan yarımadasının əsas hissələri parçalanaraq ayrıldılar. Qitələr Yerin şimalına, buzlaqlar isə cənuba doğru hərəkət etdi. 

Qitə hərəkətlərinin intensivləşdiyi vaxtlarda güclü zəlzələlər və vulkanik hadisələr meydana çıxdı. Bu fəlakətlər silsiləsi dəniz canlı növlərinin 90%-dən çoxunu məhv etdi və daha sonra dinozavrların yayılmasına şərait yaratdı.