Güclü zəhər-lər qədim dövrlərdən bu yana düşmənini aradan götürmək istəyənlər üçün əvəzsiz seçim olub. Zəhərin növündən asılı olaraq bu işi qəfildən, tədricən, ağrı-acılarla, yaxud dramatik bir şəkildə həyata keçirə bilərsiniz. Amma maraqlıdır ki, bütün hallarda zəhərləyici aşkarlana, hətta ölümün qarşısı belə alına bilər. Lakin elə zəhərlər var ki, qurbanın öldürüldüyü bəzən ancaq ölümdən günlər sonra aydınlaşdırıla bilir. Bu isə qatilə öz işini bitirdikdən sonra qaçıb gizlənməyə xeyli zaman tanıyır. Gəlin belə maddələrdən 5 ən məhşuru ilə tanış olaq.

1.       ARSEN

Arsenin tətbiqi tarixi Qədim Roma imperiyasının zamanına təsadüf edir. Arsen yer qabığında olduqca geniş yayılmış elementdir. Müxtəlif yollarla orqanizmə daxil olan arsen rəngsiz və iysiz olduğundan adətən qidadan seçilmir. Arsenlə zəhərlənmə zamanı hətta orta dozalarda belə zəhərlənmə öz əlamətlərinə görə adi qida zəhərlənməsindən seçilmir. Uzun müddət aşağı dozalarda qəbul olunan arsen isə ümumi zəiflikdən iflicə qədər uzanan bir yolla təsir edib sonda ölümə səbəb olur. Arsenin zəhərləyici təsiri orqanizmdə özü ilə eyni qrupda yerləşən fosforu tədricən əvəz etməsi ilə izah olunur. Bu isə fosfor tərkibli 200-ə yaxın fermentin öz işini dayandırması deməkdir. Aşkarlanması çətin olduğundan uzun müddət məhşur zəhər olsa da hazırda onu aşkarlamaq daha asandır. Qurbanın qanında arseni aşkar edən bu yeni metod 19-cu əsrdə Britaniya kimyaçısı Ceyms Marş tərəfindən kəşf olunub. O, müəyyən etdi ki, arsen tərkibli birləşmələrə sink metalı iştirakında sulfat turşusu ilə təsir etdikdə rəngsiz, qoxulu arsin adlı qaz əmələ gəlir. Bu qazı yandırıb alovuna şüşə tutduqda əmələ gələn qəhvəyi rəngli ləkə bizə arsenin varlığını isbat edir.

2.       SİANİDLƏR

Sianidlər də aşkarlanması olduca çətin olan bir zəhər sayıla bilər. Sianidlər molekulunda karbon-azot rabitəsi saxlayan birləşmələrdir. Onların müxtəlif növləri məlumdur. Hidrogen-sianid solğun mavi, yaxud rəngsiz maye olub, ağ kristallik halda olan natrium və kalium sianidlərdən fərqlənir. Lakin bu birləşmələrin hər üçü acı badam iyi verir. Qana qarışan sianidlər hər zaman ölümə səbəb olmur. Zəif dozalarda orqanizm zəhərə müqavimət göstərir. Proses sianidlərin tiosianidlərə çevrilərərək sidiklə xaric olunması şəklində baş verir. Doza yüksək olduqda isə orqanizm özünü qoruya bilmir və zəhərlənmə baş verir. Zəhər-lənmə zamanı sianidlər hüceyrələrin oksigen təminatına mane olur və onlar ölürlər. Oksigen çatışmazlığı müxtəlif sistemlərin işində problem yaradır. Bu səbəbdəndir ki, zəhər-lənmənin əlamətləri çoxşaxəli olur. Əlamətlər nəfəs çatışmazlığından ürək bulantısına qədər müxtəlif formalarda özünü büruzə verə bilir. Əlamətlərin ortaya çıxması verilən dozadan asılı olaraq bir neçə dəqiqədən bir saata qədər müddətdə davam edə bilər. Əlamətlərin sonradan ortaya çıxması diaqnozu da gecikdirə bilir. Əksər hallarda isə qurban analizin nəticələri çıxana qədər ölmüş olur. Sianidlərin qanda aşkarlanması bir günə qədər vaxt tələb edə bilər. Qanda oksigenin miqdarının normadan yüksən olması da sianid zəhərlənməsindən şübhələnməyə əsas verə bilər. Lakin çoxsaylı başqa zəhərlənmələrdə müşahidə olunan əlamətlər elə bununla üst-üstə düşür.

ƏLAQƏDAR YAZI – PANZƏHƏR AZALIR

3.       TALLİUM

Tallium çoxsaylı radioaktiv izotopları olan ağır elementdir. Kəşf olunduğu 1861-ci ildən etibarən qatillər arasında məhşurdur. Tallium iysiz və dadsız, qurbanın ölümü üçün cəmi bir qramı kifayət edən bir maddədir. O həm həzm sistemi ilə, həm də birbaşa dəri ilə orqanizmə daxil ola bilir. Orqanizmə oral yolla daxil olduqda həzm sistemini zədələdiyi üçün qarın nahiyyəsində ağrılara və qusmaya səbəb ola bilir. Arsenin fosforu əvəz etməsinə uyğun olaraq tallium da orqanizmdə kaliumu əvəz edir. Tallium zəhərlənməsi uzun müddət özünü büruzə vermir. Zəhərlənmədən 12-96 saat sonra həzm sistemindəki narahatlıqlar özünü büruzə verir. 1-5 gün arası müddətdə sinir, qan-damar sistemləri, böyrəklər və qara ciyərdə narahatlıqlar hiss olunmağa başlayır. Şikayətlər artdıqca qurbanın saçları da tökülməyə başlayır. Əlamətlərin uzun müddət müşahidə olunması zəhərlənmənin aşkar olunmasının da asan olacağı demək deyil. Əlamətlərin tədricən ağırlaşması həkimləri arxayın sayır və onlar qan analizlərində tallium çıxacağından şübhələnmirlər. Çünki zəhərlənmənin əksər əlamətləri adi şikayətlərdir və hər bir insanda zaman-zaman müşahidə oluna bilər. Qurbanın ölüm səbəbi aşkar olunduqda isə qatil artıq başqa ölkədəki yeni həyatına başlamış olur.

4.       POLONIUM-210

Polonium – 210 izotopuna uran filizlərinin tərkibində rast gəlinir. O nüvə reaktorlarında çevrilmənin yan məhsullarından biri kimi əmələ gəlir. Onun birləşmələri dadsız və qoxusuz olub suda həll olandırlar. Zəhər-ləyici təsiri hətta sianidlərdən belə dəfələrcə güclüdür. Öldürücü dozası bir neçə milliqram olaraq qiymətləndirilir. Miqdarın belə kiçik olması onun aşkarlanmasını da həddsiz çətinləşdirir. 2006-cı ildə rus kəşfiyyatının cəsusu Aleksandr Lütvinenkonun ölümü zamanı biz bu zəhərin də işinə bələd olduq. O, Londonda olarkən çayına  Polonium – 210 qatıldı və zəhərləndi. Həmin gün xəstəlik diaqnozu ilə xəstəxanaya aparıldı, bir neçə həftə sonra bir neçə sistemin öz fəaliyyətini itirməsi diaqnozu ilə öldü. Həkimlər ilk əvvəl talliumdan şübhələndilər. Daha sonra zəhərlənmənin radiasiya ilə bağlı olduğu qənaətinə gəldilər. Saçların tökülməsi və immun sistemindəki çatışmazlıqlar bunu təsdiq edirdi. Zəhər-ləyicinin təyin olunması yalnız qurbanın ölümündən bir neçə saat öncə müəyyən edildi. Elementin alfa radioaktiv olması, şüalanaraq özündən He nüvələri ayırmasına səbəb olur. Bu zərrəciklər adi kağızdan belə keçə bilmədikləri üçün dəri tərəfindən tutulur və orqanizmə keçə bilmirlər. Daxilə keçdikdə isə onlar ionlaşdırıcı təsir edir, DNT, RNT və bir çox fermentin işinə son verərək nəticədə qurbanın ölümünə səbəb olur.

5.       ETİLENQLİKOL

Etilenqlikol avtomobillərin radiatorlarındakı donmanın qarşısını alan mayelərin tərkibinə daxildir. Dadının şirin olması onun hələ yaxşı bir şey olması demək deyil. Daxilə qəbul edildikdə orqanizm onu daha zəhər-li başqa maddələrə çevirir. Etilenqlikolun oksidləşmə məhsullarından biri olan qlükol turşusu qanın turşuluğunu artırıb metobolik prosesləri pozur. Böyrəklərdə əmələ gələn kalsium–oksalat kristalları isə böyrək toxumalarını zədələyir. Etilenqlikolun təyini elə də çətin deyil,lakin bir çox xəstəxanalarda bu proses sadəcə olaraq aparılmır. Bunun üçün nümunələr başqa bir laboratoriyaya göndərilməlidir ki, cavabın gəlməsi də xeyli vaxt aparacaq.

Yazı kimyafobiya.org saytına istinadən paylaşılır