Qara dəliklər kainatın ən böyük sirlərindən biridir. İşığın belə qaça bilməyəcəyi dərəcədə güclü cazibə mərkəzinə sahib bu strukturlar haqqında o qədər də çox şey bilmirik, amma elm adamları daha çox öyrənməkdə qərarlıdırlar.

Kral Astronomiya Cəmiyyətinin Aylıq Müşahidələri adlı jurnalda yayımlanan yeni bir araşdırmada çoxlu sayda cüt qara dəlik müəyyən olunduğu bildirilib. Bunun da səbəbi böyük ehtimalla, qara dəliklərin birləşməsidir. Astronomiyada qalaktikaların və qara dəliklərin birləşib daha böyük strukturlar yaratması olduqca ağılabatan haldır. Qara dəliklərin də birləşməzdən əvvəl bir-birinin ətrafında fırlanaraq ikili sistem yaratdıqları bilinir.

Hertfordshire Universitetinin astronomları güclü cərəyanların radio xəritəsinə baxarkən əldə etdikləri görüntülərin ikili qara dəlik sistemlərinin görüntüsünə oxşadığının fərqinə vardılar. Cazibə dalğalarını izləyən teleskoplar 2015-ci ildə kiçik qara dəliklərin birləşməsini görüntüləməyə nail olmuşdular, amma hal-hazırki texnologiyamızla super kütləli qara dəlik sistemlərini bu formada müşahidə edirik.