Pambıq toxumları yetişdi! Yanvarın 3-də Ayın qaranlıq tərəfinə tarixi eniş gerçəkləşdirən Çin bu gün yenə bir ilkə imza atıb. Çanq 4 kosmik gəmisinin içərisindəki metal qutuda pambıq toxumları ilə əkilmiş torpaq ilk cücərtilərini verib. Pambıq toxumu ilə yanaşı, kosmik gəmidə maya yumurtası, kartof, raps və s. toxumlar var. Lahiyəyə rəhbərlik edən çinli alim Xie Gengxin-nin dediyinə görə bitkinin Ayda cücərməsi gələcəkdə kosmik bazaların qurulmasına yardım edəcək. Kosmonavtlar pambıqla paltar toxuyacaq, kartofla qida ehtiyaclarını ödəyəcək, raps isə bioyanacaq olaraq istifadə ediləcək.

Çindən sosial qiymətləndirmə sistemi

Chongqing Universitetinin elm adamları aşağı və yuxarı temperaturlara, eləcə də radiasiyaya qarşı dözümlü olduqları üçün bu bitkinin (pambıq toxumları) seçildiyini qeyd edirlər. Lahiyə elm adamlarına bitkilərin aşağı cazibədə, güclü radiasiyada və təbii işıqlandırma şərtləri altında necə böyüdüklərini öyrənməyə imkan verəcək.

Avstraliyalı astronom Fred Watson qeyd edir ki, gələcəkdə kosmonavtlar Ayda öz məhsullarını yetişdirən zaman sürpriz problemlərlə qarşılaşmayacaqlar. Bundan başqa, Mars missiyalarında da Aydan istifadə daha məqsədəuyğundur, çünki Ay Yerdən fərqli olaraq Marsa daha yaxındır.

http://www.businessinsider.com