Aya səyahət bəşəriyyətin kosmik hədəflərində qazandığı ilk nəaliyyətlərdən biridir. Amma hər bir halda planetimizin peykinə yönəldiyimiz o qədər də çox missiya yoxdur. Aya səyahət deyəndə, ağlımıza ABŞ və Sovet İttifaqı gəlsə də onun səthinə eniş edən üçüncü ölkə məhz Çindir. Və bugün Çin Ayın qaranlıq tərəfinə cihaz endirən ilk ölkə oldu.

Ayın qaranlıq tərəfinə eniş, Çinin Change-4 kosmik missiyasının tərkib hissəsidir. Bu missiyanın məqsədi Ayın səthini tamamilə kəşf edə bilməkdir.

Ayın qaranlıq səthinə enişini uğurla başa vuran cihaz hal-hazırda ləvazimatlarını yerləşdirir. Enişin baş tutduğu Cənub Qütbü-Alken hövzəsinin yaşını və Günəş Sisteminin keçmişini araşdıracaq cihaz təxminən 2500 kilometr diametrə malik nəhəng kraterlə də yaxından tanış olacaq. Enişi gerçəkləşdirən kosmik peyk isə dayandığı xüsusi nöqtənin üstünlüklərindən istifadə edərək astronomlar üçün səmanı araşdıracaq. Aşağı tezlikli radioastronomiya, cazibə sahəsinin aşağı olduğu mühitdə bitki inkişafının olub-olmadığını öyrənəcək, Ayın səthində su izləri kimi müxtəlif mövzularda araşdırmalar edəcək, yeni elmi yollar açacaq.