Azərbaycanda tunc dövrünə aid “58 dəlik” stolüstü oyununun izləri olan qaya nümunələri tapılıb. Amerika Təbiət Tarixi Muzeyinin arxeoloqu Walter Crist-in dediyinə görə, o, internetdə bu oyun haqqında axtarış apararkən, onlayn saytların birində həmin nümunənin şəklinə rast gəlib. Bir müddət həmin şəkil üzərində araşdırma apardıqdan sonra qərarına əmin olub. Təxminlərə görə, qayanın 4000 il yaşı var. Nümunə Azərbaycanın həmin dövrdə Yaxın Şərqlə əlaqədə olduğunu göstərir. Adətən sivilizasiyalar stolüstü oyunları zaman keçdikcə bir-birlərinə ötürüblər, bu oyunlar cəmiyyətdə “sosial lubrikant” vəzifəsi yerinə yetirmişdir, yəni fərdlərin özlərini daha yaxşı hiss etmələrinə səbəb olmuşdur. Tapıntı Azərbaycanın qədim tarixindən xəbər verir.

Tərcümə: Vüqar Namazov

Mənbə: https://www.sciencenews.org/article/bronze-age-game-found-chiseled-stone-azerbaijan