Suyun 79 metr dərinliyinə üzmə və suda 3 dəqiqə boyunca nəfəs tutma rekordu Cənub-şərqi Asiyadan olan bajaulara aiddir. Bajaular bunu balıqçılıq və ya hansısa rekord üçün etmirlər. Onlar məhz suyun altında yaşayırlar.

Aprel ayında Cell jurnalında yayımlanan araşdırma göstərdi ki, onların bu qədər möhtəşəm dalış etmələrinə bəzi fiziki və genetik uyğunlaşmalar imkan verir. Özümüzü ətraf mühitin ən üst zirvəsində düşünsək də təkamül bəzi insanlar üçün hələ də davam edir. Onları öyrəşmədikləri həyat şərtlərinə və ətraf mühitə görə dəyişdirir.

20-ci əsr boyunca bajaular yaşamaq üçün sahildə məskunlaşdılar və ənənəvi peşələri sayılan balıqçılıqla məşğul oldular. O vaxtlar dalış üçün uyğun olan yeganə ləvazimatları taxtadan hazırlanan eynəkləri və yüngül çəkiləri idi. Uğur qazanmaqları isə nə qədər dərinə üzdükləri və nə qədər müddət orda qalmaqlarından asılı idi.

Beynəlxalq araşdırma komandası öyrəndi ki, bajauların dalağı qonşu kəndlərdə yaşayan və balıqçılıq əvəzinə əkinçiliklə məşğul olanlara görə daha böyükdür. Araşdırmalar onu da göstərdi ki, hətta balıqçı və əkinçi bajaular arasında da bu fərq mövcuddur. Yəni, bu şəxsi xüsusiyyət deyil, atalardan keçən genetik mirasdır.

Dalağın ölçüsü isə vacibdir, çünki dalaq qırmızı qan hüceyrələrini depolayır. Dalış zamanı sıxılaraq bu əlavə qırmızı qan hüceyrələrini oksigen səviyyəsini artırmaq üçün dövretmədəki qana pompalayır. Bu xüsusiyyət dalış edən digər məməli canlılarda da var.