İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) mütəxəssisləri dünya kompüter və elektronika bazarının təhlilini aparıblar.
Təhlil nəticəsində müəyyənləşdirilib ki, 8 və 10 düym ekrana malik netbuk, noutbuk və planşetlərin 6,1 faizi saxtadır. Kontrafakt akkumulyator və batareyaların payı 5 %, telefonların payı 25 % təşkil edir.
Mütəxəssislərin fikrincə, bütün dünya üzrə istehsal olunan oyun avadanlıqlarının 25 %-i saxtadır. Bu, rabitə tipli mobil cihazlar seqmentinə – smartfon, telefon, tablet və planşetlərə də aiddir. Araşdırmada göstərilir ki, dünya kompüter və elektronika bazarında kontrafakt məhsulların payı ümumilikdə 6,5 % təşkil edir. Saxta flaş-kartların, kartrider və yaddaş kartlarının göstəricisi 15 %, dinləyici qurğular və audio-video izləmək üçün proqramların göstəricisi 8 %, idarəetmə pultlarının göstəricisi isə 6 % təşkil edir.