Beatles-in 1964-cü ildə oxuduğu ”A Hard Day’s Night” adlı musiqini bəlkə də dinləmisiniz. Nisbətən az məşhurlaşsa da sözügedən musiqi tarixin ən böyük sirlərindən birini 45 ilə yaxın müddət ərzində qoruyub saxlamışdı.

Musiqinin sirri girişindəki iki saniyəlik notda gizlənmişdi. Qrupun gitaristləri Corc Harrison, Con LennonPol MakKartni gitaralarına yavaşca toxunaraq səs çıxarırlar, qısa səssizlikdən sonra isə musiqi başlayır.

Sirrin nədən ibarət olduğu yəqin ki, maraqlıdır və əslində bu marağınızda haqlısınız;

Bəlkə də musiqi təhsili almış hər hansı bir şəxs müəyyən bir səsi yaratmaq üçün hansı notların bir-birinə uyğun gəldiyini anlaya bilər, amma bu o qədər də asan məsələ deyil.

Müəyyən zaman ərzində başlanğıcdakı akkord sadəcə sirrdən ibarət olmadı, eyni zamanda Beatles sevərlər və musiqi həvəskarları arasında əsas mübahisə mövzusuna çevrildi.

Əvvəllər Beatles sevərlər Corc Harrisonun 12 telli Rickenbacker gitarasını, Con Lennonun 6 telli gitarasını və Pol MakKartni-nin basgitarasını əldə edərək eyni səsi çıxarmağa çalışdılar, amma uğur qazana bilmədilər. Daha sonra musiqi mütəxəssisləri məsələyə müdaxilə etdilər. Studiyalarda ən yeni texnologiyalarla eyni səsi çıxarmağa çalışdılar. Lakin onlar da buna müvəffəq ola bilmədilər. Beləcə, 45 il keçdi…

2009-cu ildə Rock’n Roll tarixinin bu əfsanəvi notu Kanadanın Dalhousie Universitetində riyaziyyat professoru və musiqiçi olan Ceyson Braunun diqqətini çəkdi. Lakin o, notun sirrinə agah olmaq üçün hər kəs kimi 3 gitara əldə etməyi düşünmədi. Dərhal məsələyə riyazi üsullarla yanaşmağa çalışdı.

19-cu əsrin böyük fransız riyaziyyatçılarından olan İozef Fürerin ”Fürerin qayıdışı” adlı formulunu aldı və kompüter laboratoriyasına üz tutdu. Əslində bu qarışıq formul çox sadə bir həqiqəti ifadə edirdi.

Ceyson Braun bu formulu və təkmilləşmiş kompüter proqramlarından istifadə edərək Beatles-in giriş akkordunu əsas sütunlara ayırdı. Corc, Con və Polun gitaralarından çıxan notları ayrı-ayrılıqda üzə çıxardı. Lakin notları bir-bir araşdırarkən çox heyrətamiz həqiqətlə üzləşdi. O an gördükləri musiqi dünyasını heyrətləndirəcəkdi! Həmin günə qədər heç kimin hiss etmədiyi dördüncü alət var idi!

Ceyson Braun ”Fürerin Qayıdışı” formulunu istifadə edərək apardığı hesablamalar nəticəsində ehtimal ki, Beatles-in bəstəkarı Corc Martin tərəfindən çalınan dördüncü əlatin də əlavə olunduğunu gördü. Fa notunu əldə edən pianino!

Beatles-in təkcə bir notunun sirri üçün 45 il vaxt sərf olundu.

Yeri gəlmişkən, hansı musiqidən söhbət getdiyini öyrənmək üçün aşağı baxın və əsas da başlanğıca diqqət edin: