Günəş Sisteminin ən kiçik planeti sayılan Merkuridə araşdırma aparmağı hədəfləyən, Avropa və Yaponiyanın ortaq missiyası sayılan BepiColombo-nu daşıyan raket orbitə göndərilib.

Avropa Kosmik Agentliyi (ESA) və Yapon Kosmik Araşdırma Agentliyinin (JAXA) ortaq həyata keçirdiyi missiya Ariane 5 raketi ilə Fransız Qvineyasından başladılıb.

BepiColombo missiyasının büdcəsi təxminən 1.6 milyard avrodur!

Missiya həm Merkuri planeti haqqında ətraflı məlumatlar əldə etməyi, həm də Günəş Sistemi haqqında bilmədiyimiz yenilikləri üzə çıxarmağı hədəfləyir. BepiColombo-nun 2025-ci ildə Merkuriyə yaxınlaşacağı güman edilir. Ümumi 9 milyard kilometr səyahət edəcək BepiColombo missiyası çərçivəsində hazırlanan kosmik aparat Avropa və Yaponiyanın iki elmi peykini daşıyır. 2025-ci ildə Merkuriyə yaxınlaşdıqdan sonra bu iki peykin bir-birindən ayrılması gözlənilir.

Yapon peykinin planetin maqnit sahəsi və bu sahənin Günəş küləkləri ilə əlaqəsini araşdırması, Avropa peykinin isə Merkurini tam xəritələməsi və səth strukturu haqda ətraflı məlumat toplaması planlaşdırılır.