19 yaşlı Bindi İrvin atasının yolu ilə gedərək vəhşi təbiətlə yaxından əlaqə qurur.

Bindi 6 aylıq ikən atası Animal Planet kanalında efirə gedən Timsah Ovçusu (Crocodile Hunter) verilişi ilə gündəmə gəlmişdi. Verilişin reklamında Stiv İrvin timsahın belində Bindini gəzdirir və belə deyirdi: Timsah ovçusu və ailəsi ilə Animal Planet kanalını izləyirsiniz!

İndi isə bütün dünya atasının sevimli qızının cəsarətinə və vəhşi təbiətə olan sevgisinə heyran qalmaq üzrədir! Bindi eynilə atası kimi bu sevgisi ilə bütün dünyaya mesaj göndərməyi hədəfləyir. O, hələ də 1970-ci ildə İrvin ailəsi tərəfindən qurulmuş və işlədilən Avstraliya Zooparkında yaşamamaqdadır:

– Zooparkda yaşamaq möhtəşəm bir hissdir. Çox az uşaq bu hissi bilir. Amma düzünü deməliyəm ki, burada yaşadığımızı 3 ildən sonra anladım. Biz burada yaşayaraq vəhşi təbiətə dəstək verir və onu qorumaq üçün mesaj göndəririk. Çünki belə bir öhdəlik bizə atam Stivdən keçib! O, bu mesajın dayanmasını əsla istəməzdi!