Buz əriməsi sadə bir şey kimi görünür, lakin dünyadakı bütün buzların əriməsi isə ölüm və risk deməkdir. Business İnsider komandası bütün buzların əridiyi halda nələrin olacağı ilə bağlı video hazırladı. Bundan 5-10 il əvvəl buzların əriməsi və dünyanı su basması fantastik bir film kimi təsəvvür edilirdi, indi isə bu risk ilə qarşı-qarşıyayıq.

Buzlar yavaş-yavaş əriyir və risk artır !

Qlobal İstiləşmə səbəbi ilə 1997-2017-ci illər arasında 3 trilyon tondan çox buz əridi. Hətta bəzi bölgələrdə bu ərimə 5 qat daha çoxaldı. 2015-ci ildə NASA dəniz səviyyəsinin artdığını və önümüzdəki illərdə ən az 90 sm daha artacağını demişdi. Bu qədər artım belə insanları qorxudarkən, bütün buzlar ərisə 65.8 metrlik bir qalxma olacaq. Business İnsider komandası belə olan halda ilk hansı bölgələrin su altında qalıb yox olacağını videoda izah etdi. İlk öncə adalar, və Venedik kimi su dolu bölgələr sular içində batır, sonra isə Şanğay kimi ərazilər itir. Amerika isə çox kiçilir. 

Bütün buzların əriməsi çox qorxuducu gəlsə də, araşdırmalara görə hələ mümkün deyil. National Geographic 2013 ilində hazırladığı videolara görə 20.8 km³ buzun əriməsi üçün ən az 5.000 il lazımdır. Digər tərəfdən əgər bu qədər istini yaradacaq Karbon qazı atmosferdə olarsa, insanlar buzlar ərimədən öləcəklər.