Biz insanların ən yaxşı dostu sayılan itlər bir-biri ilə o qədər də yaxşı yola getmirlər. Amma bu hal canavarlarda fərqlidir: sürülərdə fərdlərarası anlayışı var və mübahisələr problemsiz ötüşür.

Xülasə: İtlərin ataları canavarlardır amma süni seçməyə uğrayıb evcilləşdirildikləri müddətdə soydaşları (digər it növlərilə) ilə əlaqələri korlanmış və insanlarla sosial əlaqələri güclənmişdir. Bu səbəblə itlər soydaşları ilə yaxşı yola getmirlər. Canavarlarda isə vəziyyət ürəkaçandır. 

Davranış elmləri üzrə araşdırmaçılar çoxdandır canavarların öz aralarında itlərdən daha yaxşı əməkdaşlıq etdiklərindən şübhələnirdilər. İt sahibləri bunu əvvəlcə xoş qarşılamaya bilərlər, amma bu əməkdaşlıq canavarların təbiətində var, çünki tipik ev itləri və soydaşları nəsillər boyunca evcilləşdirilmə mərhələsində öz növlərilə yox, insanlarla əlaqə qurublar. Avstriyadan olan elm adamlarının araşdırma nəticələri tam formada Proceedings of the National Academy of Sciences of the United States of America-da yayımlandı.

Şərtləri təmin etmək üçün xüsusi qulluq edilmiş Pescini yarı vəhşi it sürülərində başıboş gəzən, Ernstbrunn Zooparkındakı Canavar Araşdırma Mərkəzində kiçik canavar sürülərinin yanında saxlanılan itlərdən istifadə etdilər.

Araşdırmaçılar şimpanze və bonobolar kimi meymunlar üzərində aparılmış fərdlərarası həmrəylik təcrübələrini uyğunlaşdırdılar. Misal olaraq bir şəkəri əldə etmək üçün iki fərqli kəndirdən yapışarkən iki heyvanın da əməkdaşlıq etməsi tələb olunurdu. Bunu itlər birlikdə etməsələr də canavarlar birlikdə nail oldular. Canavarlar birlikdə yeməyə öyrəşiblər, onlar bir ölü heyvanı parçalamaq üstündə mübahisə etdikdə belə bu yalnız ən yaxşı ət parçası üstündə olur, amma ümumi ab-havaya təsir etmir.

Son olaraq bu da bəllidir ki, sürü yoldaşlarına məsafə qoymaq baxımından canavarlar və itlər arasında böyük fərq var.

Mənbə: http://www.spektrum.de/news/woelfe-sind-sozialer-und-kooperativer-als-hunde/1512179