İnsan doğulduqdan etibarən cinsi varlıqdır və təbiətcə yetkinlik yaşına çatdıqdan sonra cinsi istəyini qarşılamaq həvəsindədir. Bir başqası ilə cinsi istəyi paylaşmağın sevgi və həzz dolu üsulu isə təbii ki, cinsi əlaqədir. Yaxşı, bəs insan niyə cinsi əlaqəyə girir? Cinsi əlaqənin məqsədləri nələrdir? Cinsi əlaqənin həzz almaqdan başqa bir məqsədi varmı?

Cəmiyyətimizdə cinsəllik və cinsi əlaqə anlayışı bir-biri ilə qarışdırılır. Cinsəllik deyildiyi zaman çoxumuzun ağlına cinsi əlaqə gəlir. Amma əslində cinsəllik psixoloji, fizioloji və sosioloji istiqamətləri olan çox ölçülü anlayışdır və insanın doğulduqdan etibarən sahib olduğu cinsiyyətinə aid xüsusiyyətlərin hamısını əhatə edir. Şəxsin cinsiyyəti, səs tonu, geyimi, saç forması, yerişi, oturma forması və cinsi kimliyi cinsəlliyin bir hissəsidir. Cinsi əlaqə isə bir-birini sevən iki insan arasında baş verən prosesləri – toxunmaq, öpüşmək, sevişmək kimi prosesləri ehtiva edir, sevginin və həzzin, ruhun və bədənin paylaşımı kimi izah olunur.

Zövq almaq önəm qazandı

Tarix boyunca insanın niyə cinsi əlaqəyə girdiyi çox müzakirə olunub..Qədim dövrlərdə cinsi əlaqə sadəcə çoxalmaq məqsədilə aparılan bir proses idi. Həzz almaq, xüsusilə də qadınların seksdən həzz alması bəzi cəmiyyətlərdə qadağan olunmuşdu və xoş qarşılanmırdı. Amma hal-hazırda cinsi əlaqəyə çoxalmaqdan daha çox həzz almaq üçün girildiyi məlumdur və dünyanın əksər yerlərində bu prosesə təbii baxılır.

Hissləri təmin edir

İnsanlar fərqli psixoloji ehtiyacları səbəbilə də cinsi əlaqəyə girirlər. Qarşı cins tərəfindən bəyənilmək, arzulanmaq, seçilmək insanın daxilində baş qaldıran güvənsizlik və dəyərsizlik hisslərinin müsbət yöndə təmin edilməsinə yardımçı ola bilir. İnsan qadınlığını və ya kişiliyini təsdiqləmək üçün cinsi əlaqəni qarşısındakı insandan ehtiyacı olan sevgi və diqqəti ala bilmək üçün istifadə edə bilir. Öz daxilində dəyərsizlik və çatışmazlıq hissləri ilə boğuşan bir insan özünü dəyərli göstərmək və gücünü təsdiqləmək məqsədilə cinsi əlaqəyə girməyi seçir. Keçmişdə yaşanılan mənfi seks təcrübəsinin intiqamını başqa insanlarla cinsi əlaqəyə girərək almaq tez-tez qarşılaşdığımız hallardandır.

”Niyə cinsi əlaqəyə girirsiniz?”, sualına qadınların və kişilərin verdiyi bir-birindən fərqli cavablar var. 2016-cı ildə ABŞ-da aparılan araşdırmaya görə qadınlar və kişilər düz 237 fərqli səbəb üçün cinsi əlaqəyə girirlər. Əslində, bu araşdırma kişilərin cinsi əlaqəyə həvəs, qadınların isə münasibətləri dərinləşdirmək üçün girdiyi düşüncəsini yerlə bir edir. Araşdırmaya görə həm qadınların, həm də kişilərin cinsi münasibət istəklərində ilk 2 sırada nə sevgi, nə də həvəs durur. Qadınlar da, kişilər də sevgiyə, həyəcana və yaxınlıq istəyinə eyni dərəcədə önəm verir.