Yaşayan ən yaxın qohumlarımız biz düşündüyümüzdən də ağıllıdırlar. 

Dişi şimpanzelər cəmiyyətlərində güc sahibi olmaya bilərlər, amma özlərini və balalarını necə qoruyacaqlarını yaxşı bilirlər. Yeni araşdırmanın nəticələrinə görə, hadisələri uzaqdan izləyən dişi şimpanzelər (Pan troglodytes) öz balalarını təhlükəyə ata biləcək sosial dəyişikliklərə qarşı olduqca həssasdırlar.

Onlar balalarını təhlükəsiz şəraitdə böyütmək məqsədilə güclü erkəklərdən qaçmağı və onları idarə etməyi öyrəniblər. Bala qətliamı hər nə qədər üzücü hadisə olsa da şimpanzelər arasında tez-tez görünür. Lakin elm adamları bu qəddar davranışın tam olaraq hansı məqsədə xidmət etdiyini hələ də bilmirlər.

Kent Universitetində dişi şimpanze davranışı barədə araşdırma aparan baş yazar Adriana Lowe belə deyir:

– Şimpanzelərin balaları öldürdüyünü izləmək həqiqətən də xoşagəlməz haldır. Bu hadisə hər nə qədər tez-tez müşahidə olunsa da bunu etmə səbəbləri hələ də naməlumdur. 

Cinsi seçmə hipotezinin fikrincə körpə qətliamı, erkək şimpanzelərin öz balalarını öldürmədikləri üçün onların sosial və genetik üstünlüyü siğortalamaq məqsədi daşıyır.

Erkək şimpanze başqa bir şimpanzenin balasını öldürərək və onun yerinə öz balalarından birini qoyaraq cəmiyyət arasında mərhələ adlaya bilir, sözügedən mərhələlərin böyük bir hissəsi cütləşmə imkanı və cütləşmə uğuruna söykənir.

Lakin əgər bir erkək hər hansı bir səbəblə bu rütbələri sürətlə əldə etsə ətrafı böyük ehtimalla özündən olmayan bala şimpanzelərlə dolu olur. Sözügedən cinsi seçmə hipotezinə görə bu ssenari cəmiyyət arasında ana şimpanzelər və onların balaları üçün əlavə təhlükə yaradır. Lowe ilə komandası bu fərziyyəni araşdırmağa başlayıb. Bala qətliamının xüsusilə yayıldığı bölgə sayılan Uqandanın Budongo meşəsində dişi şimpanzelərin sosial davranışları ilə əlaqədar geniş miqyaslı araşdırma aparılıb.

Həddindən artıq rəqabətcil sayılan bu mühitdə dişi şimpanzelər müşahidələrə görə yaşadıqları cəmiyyətin güc strukturlarının fərqindədirlər.

Nisbətən sosial sabitlik zamanı dişi şimpanzenin davranışlarını nisbətən qeyri-sabit zamanla (yəni, bir erkəyin rütbələri sürətlə əldə etdiyi dövr) qarşılaşdıran araşdırmaçılar ikinci ssenaridəki dişi şimpanzelərin sosial olaraq daha qoruyucu olduqlarını öyrəndilər.

Sosial qarışıqlıq dövrü orta rütbəli erkək şimpanzenin rütbələr arasında yüksəlməyə başladığı zaman meydana çıxıb. Bu dövr əsnasında dişi şimpanzelər, xüsusilə də daha kiçik və daha müdafiəsiz balaları olanlar güclü və təhlükəli olan bu obrazdan daha çox gizlənmək davranışı göstərib.

Analar bu şimpanzelərdən uzaq gəzərək orta rütbəli erkək şimpanzelərin öz balalarına qarşı gerçəkləşdirəcəyi qətliam təhlükəsinə mane olmağa çalışırmışlar.

Lakin daha bir taktikaları da var imiş. Anaların sosial sabitsizlik əsnasında daimi yüksək rütbəyə sahib olan erkək şimpanzelərə dostca davrandıqları da üzə çıxıb. Bu hal ananın balalarını başqa bir güclü şimpanzedən qoruması üçün atdığı addımdır.

Bu hadisələr yaşayan ən yaxın qohumlarımızın sosial cəhətdən nə qədər ağıllı olduqlarını göstərir. Bundan başqa, araşdırmaçılar cinsi seçim hipotezinin doğru olacağı təqdirdə də tam olaraq belə bir şeyi müşahidə edəcəklərini düşünürmüşlər.

Lowe belə deyir: Bizim bu araşdırmamızdakı anaların davranışı bala qətliamının erkəklərin daha çox cütləşmə fürsəti əldə etmək məqsədilə tətbiq etdiyi taktika olduğu hipotezini dəstəkləyir.

Erkək şimpanzelər yüksək rütbə üçün rəqabət aparamaq məqsədilə qarışıq ittifaqlar qurduqları üçün tez-tez möhtəşəm siyasətçi olaraq təsvir olunurlar, lakin bu hadisələr dişilərin də erkəkləri uzaqdan izləyərək balalarını təhlükəyə ata biləcək hər dəyişikliyə qarşı həssas olduqlarını və sosial mühitdən erkəklər qədər xəbardar olduqlarını göstərir.