1944-cü ildə (2-ci dünya müharibəsinin bitməsinə hələ 1 il var) Breeton Woods qəsəbəsində qızıl əsaslı pul sisteminə keçid edilməsi, sabit mübadilə sistemi, Milli Pul Fondu və Dünya Bankının qurulması qərara alınmışdır. Bu, əslində ABŞ-ın şəxsi mənafeyi üçün verilmiş qərar idi. Həmin tarixlərdə ABŞ, 1 ons qızılı 35 dollara bərabərləşdirmişdi. Qısası bu, ”Mənə 35 dollar gətirən hər kəsə 1 ons qızıl verəcəyəm”, demək idi.
ABŞ, ikinci dünya müharibəsindən sonra çökən Avropa iqtisadiyyatını eynilə 1-ci dünya müharibəsindən sonra olduğu kimi maliyələşdirəcəyini bilirdi. Bu səbəblə, bütün dünya bazarının dollarla idarə olunması bu ölkəni daha da gücləndirəcəkdi. Eyni zamanda, pul çap edərək 1 ons qızıla əlavə dəyər mənbəyi yaradacaqdı. Bundan başqa, dollar bütün dünyada rezerv pul sayılmağa başlayırdı. Beləliklə, ABŞ dollar istehsal edərək sahib olmadığı nefti pulsuz əldə etmiş olacaqdı. (Bu arada toplantıda ABŞ-ın xain planlarını qavrayan Keynes ciddi bir müxaliflik göstərsə də bu vəziyyəti dəyişməyə gücü çatmamışdı)
Bu vəziyyət 1968-ci ildə baş verən Vietnam müharibəsi zamanı və sonrası 1970-ci illərdəki neft böhranına qədər necə lazımdır işlədi. Vietnam müharibəsi ABŞ üçün kabus hesab olunurdu. Müharibənin çox ciddi bir xərci var idi. ABŞ normal halda qızıl pul sisteminin tələb etdiyi kimi sadəcə xəzinəsindəki qızıl miqdarı qədər dollar çap etməli idi, amma müharibə xərclərini maliyələşdirmək üçün bu qanunu məcburi olaraq çeynəməli oldu. Müharibəylə yanaşı, bütün dünyada dollar çoxalmağa başladı. O dövrdə dünyanın ən böyük qızıl ixracatçısının Rusiya olması və soyuq müharibə səbəbilə ABŞ-a qızıl verməməsi ABŞ üçün əngəl törədirdi.
Bu vəziyyət xüsusilə Almaniya və Fransanı narahat etdi. 1988-ci ildə Fransda Gaulle və Almaniyada Adenauer görüşdü, ABŞ-ın bu səhv və dünyanın maliyyə strukturunu pozan pul sisteminə qarşı mübarizə aparmağa çalışdılar. Fransa və Almaniya hökümətləri ABŞ-ın tətbiq etmək istədiyi sistemin çatışmazlığını göstərmək üçün dollar yığını qarşılığında ABŞ-dan qızıl tələb edəcəkdilər. ABŞ qızıl vermədikdə isə sistemin çatışmazlığı üzə çıxacaqdı.
Rəvayətə görə o tarixdə iki ölkə 1 təyyarə dolusu ABŞ dollarını daşıyaraq ABŞ-dan qızıl aldı. Amma ABŞ eyni hadisənin baş verməməsi üçün hər iki ölkəyə də xəbərdarlıq etdi. Ox yaydan çıxmışdı. ABŞ müharibə təzyiqinə daha çox tab gətirə bilmədi və 1973-cü ildə dollar devalvasiyaya uğradı. Beləliklə, qızıla söykənən pul sistemi də çökmüş oldu amma ABŞ yenə də sistemin çökməsinə məhəl qoymadı, çünki başlanğıcda düşünüldüyü kimi bütün dünyada qiymətlər dollarla tənzimlənirdi və bütün mallar dollarla alınıb satılırdı