Zəhərli ilanların hər il 2.5 milyondan çox insanı yaraladığını və 100 mindən çox insanı da öldürdüyünü açıqlayan Dünya Səhiyyə Təşkilatı panzəhər çatışmazlığı yaşayır. 
Avstraliyadakı Zəhərli İlanları Araşdırma Qurumunun idarəçisi David Williams 2007-ci ildə ölkənin zəhərli ilanlarından olan Taipan tərəfindən hücuma məruz qalır və bir neçə dəqiqə ərzində nəfəs alıb-verməsi çətinləşir. Komaya girməzdən əvvəl ”Cəld olun” deyə bilən Williams’ın həyatını 1500 avro dəyərindəki panzəhər iynəsi xilas edir. O, 2 mənada da şanslı idi, çünki bu panzəhər onun ”İlan araşdırma layihəsi”nin aparıldığı Papua və Yeni Qvineyadakı klinikasında da mövcud idi. Lakin sirr deyil ki, hər kəs onun qədər şanslı deyil. Çünki dünyada hər il 100 mindən çox insan ilan sancması nəticəsində həyatını itirir. 
İlan sancmasına məruz qalanların sadəcə vaxta qarşı mübarizə aparması kifayət etmir. Çünki artıq dünya miqyasında panzəhər çatışmazlığı yaşanır. İnsanı bir Taipan (İlan növü) sancsa buna qarşı ancaq eyni Taipan zəhərindən əldə edilən panzəhər istifadə olunmalıdır. 
Bundan əlavə, Hindistanda əldə edilən panzəhər Afrika qitəsində təsirli olmaya bilər.
Dünya Səhiyyə Təşkilatından Micha Nübling Afrikanın, keyfiyyətə nəzarət olunmadığı üçün Asiyadan gətirilən və demək olar ki, heç bir təsiri olmayan panzəhərlərlə dolub-daşdığını iddia edir.