Aparılan geniş araşdırmada məlum olub ki, insanlar duzlu yeməklər yeyəndə əslində susamır, acır!
Günlük həyatımızda bir çoxumuz həddindən artıq duzlu yemək yediyimiz zaman su içmək ehtiyacı hiss edir və duzlu yeməklərin bizi susatdığını düşünürük, lakin bununla bağlı araşdırma aparan bir qrup düşünülənin əksinə, duzlu yeməklərin susatmaq əvəzinə acdırdığını iddia edir.
MDC jurnalında yayımlanan xəbərə görə qrup araşdırmaçıları mühit şərtlərinin təxminən eyni olduğu Mars simulyasiyası yaratdılar və bu simulyasiyada 2 fərqli qrup üzərində müşahidə apararaq duzlu yeməklərin əslində acdırdığı qənaətinə gəldilər. 

Aparılan müşahidələrdə ümumi 20 kişi 2 qrupa ayrılaraq kosmonavtların yaşadığı mühitə oxşar mühitə yerləşdirildilər. Bir qrupa az duzlu, digər qrupa isə çox duzlu yeməklər verildi. Birinci qrup həmin mühitdə 105 gün, ikinci qrup isə 205 gün qaldı. Aparılan araşdırmalar nəticəsində duzun böyrəklərdə su saxlayan bir mexanizmaya sahib olduğu, beləliklə də insanların enerji ehtiyacı duyduğuna dair vacib məlumat əldə edildi.