Günəş, qalın qatlarının altında davamlı baş verən atom toqquşmaları kimi müxtəlif proseslərlə qaynayan ulduzdur. Amma elm və texnologiyamız nə qədər inkişaf etsə də Günəşin daxilində tam olaraq nə baş verdiyini anlamağımız biraz vaxt ala bilər. Bir qrup elm adamı apardıqları araşdırmanın nəticəsində Günəşin daxilinin ən detallı görüntülərindən birini əldə etməyə nail olublar.

İtaliyanın Apennin dağlarının dərinliklərində yerləşən Borexino adlı mərkəzdə əldə edilən məlumatlarla elm adamları Günəşin içində nələrin baş verdiyinə dair bəzi məlumatlar əldə etməyə müvəffəq oldular. Massaçussets Universitetindən Andrea Pocar adlı fizikin başçılıq etdiyi araşdırmada 10 il boyunca davam edən müşahidələr nəticəsində əldə olunan məlumatlar gələcəkdə Günəşi daha yaxşı dərk edəcəyimizi göstərir.

Neytronların elektronlarla toqquşaraq yaratdığı enerjinin müşahidə olunması və uzun illər boyunca qeydə alınması sayəsində əldə olunan məlumatlar Günəşin səthində neytronlar vasitəsilə edilən digər təcrübələrlə müqayisədə çox daha detallıdır və araşdırma heyətinə görə belə detallı məlumatlar ilk dəfə əldə olunur.

Araşdırma heyətinin fikrincə Günəşin mərkəzində karbon, azot və oksigen kimi nisbətən ağır elementlərin dəqiq miqdarının müəyyənləşməsinə köməklik edəcək bu məlumatlar gələcəkdə Günəşi daha yaxından tanımağımızı sürətləndirəcək.