Ötən həftədən bu yana Havay adları planetimizin ən gərgin nöqtələrindən biridir. Baş verən şiddətli vulkanik partlayışlar və zəlzələlər nəticəsində 10.000-ə yaxın insan köçürülüb. 1700 nəfər evini itirib. Ərimiş qaya parçaları və zəhərli qazlar şəhərin fərqli hissələrində yaranan çatlardan xaricə çıxmağa nail olub. Lavalar evləri və maşınları məhv etməyə davam edir.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinə bağlı Havay Vulkan Müşahidə binasındakı elm adamları ötən həftə 14 çatın açıldığı Leilani Estates bölgəsinin lava gölünə döndüyünü açıqladılar. Qarşıdakı bir neçə həftə ərzində bölgədəki lava gölünün su səviyyəsinə çatması gözlənilir. Bölgədə artan səthi gərginlik səbəbilə böyük partlayışların baş verəcəyi güman edilir.

Vulkanoloq Donald Svenson, ”Əgər kraterə yaxınsınızsa, 1 kilometrlik radiusda 10 və ya 12 ton ağırlığı olan qaya parçalarının üstünüzə gəlməsi böyük ehtimaldır.”, deyə açıqlama verib. Elm adamları bir və ya birdən çox partlayışın, lavaların axdığı yeraltı tunellərdən qaynaqlanacağını bildirirlər. Bu tunellərdən axan lavalar yer altındakı sularla qarşılaşdıqları anda onları buxarlandırır. Artan buxar təzyiqi, nəhəng qayaları davamlı olaraq şişən şar kimi narahat etməyə başlayır. Bu şar da müəyyən səviyyəyə qədər şişir və sonra partlayış baş verir.

Araşdırmaçılar bu partlayışların nə zaman gerçəkləşəcəyini dəqiq bilmədiklərini deyirlər. Bu səbəblə, partlayışın şiddətini artıracaq yanacaq stansiyaları bir-bir boşaldılır. Benzin və yanıcı kimyəvi maddələrlə dolu anbarlarda fövqəladə hal elan olunub.