Elm adamları apardıqları araşdırmaya əsasən Tunc Dövründə hazırlanan bir çox alətin xam maddəsi kimi meteorid metalından istifadə olunduğunu təsdiqlədilər.

X şüasını florasan spektrometrinə tətbiq edərək alətlərin kimyəvi analizlərini hazırlayan Albert Jambon E.Ə. 3200-1300-cü illər arasında hazırlanan metal əşyaların meteoridləri təşkil edən metallarla uzlaşdığını meydana çıxarıb.

Journal of Archaeological Science jurnalında yayımlanan məqaləyə görə Misir muncuqları (E.Ə. 3200-cü il), Suriyanın Umm el-Marra təpəciklərində aparılan qazıntılar zamanı tapılan boyunbağı (E.Ə. 2300-cü il), Suriyada Ugarit şəhər məzarlığında tapılan balta (E.Ə. 1400-cü il) və Firon Tutanxamonun xəncər və xəncər başlığı (E.Ə. 1350-ci il) kimi alətlərlə yanaşı bir çox silah və bəzək əşyasının meteorid metalından hazırlandığı bildirilir.

O dövrlərdə metalı çıxarmaq və əritmək çətin olduğu üçün bir-birindən fərqli formada, amma əsasən yumşaq olan meteorid metalından faydalanması olduqca məntiqlidir.