Paul Erdos (1913-1996) 20-ci əsrin ən önəmli riyaziyyatçılarındandır. O, həyatını riyaziyyata həsr etmiş şəxsiyyətdir. Heç vaxt evlənməyib, öz evində yaşamayıb və həyatı boyu sahib olduğu bütün əşyalar əl çantasına sığacaq qədər az olub. Qazandığı bütün mükafatları ya kasıblarla paylaşıb, ya da bəzi riyazi problemləri həll edənlərə hədiyyə edib. Erdos konfransdan-konfransa, düşərgədən-düşərgəyə gəzər, tez-tez iş yoldaşlarını ziyarət edər, bir-iki riyazi problemi həll edib, yenidən başqa bir iş yoldaşnın evinə gedərdi. Həddindən artıq qəhvə, kofein və diqqət artıran dərmanlar qəbul etməklə çox az yatan Erdos gündə 19-20 saat işləyirdi. Erdos 1525 məqalə ilə riyaziyyat tarixində ən çox məqalə yazan riyaziyyatçıdır. O, 83 yaşı olarkən Varşavadakı riyaziyyat konfransında həyatını itirdi, ölməmişdən bir neçə saat əvvəl həlli üzərində çox vaxt itirilən geometriya problemini həll etmişdi.

Erdosun özünəməxsus qəribəliyi ilə yanaşı tez-tez öz-özlüyündə istifadə etdiyi müəyyən bir söz lüğəti var idi. Məsələn, davamlı olaraq bir kitabdan danışardı ki, bu kitab tanrının riyazi teoremlər üçün ən yaxşı və ən zərif təcrübələrindən yazdığı xəyali kitab idi (Lakin bununla yanaşı, Erdosun ateist olduğu və tanrını üstün faşist adlandırdığını bilirik).

O, uşaqları epsilon, qadınları şef, kişiləri isə kölə adlandırardı. Riyaziyyatdan bezənləri ”ölmüş”, ölən insanları ”getmiş” olaraq yada salardı. Ölməzdən öncə işlətdiyi sön cümlə isə ”Artıq daha çox beyinsizləşməyəcəm”, olmuşdur.