Eramızdan əvvəl yaşayan bir çox varlıq indiki halından daha böyük idi. Nəhəng sürünənlər, məməlilər və ən qorxulusu, nəhəng həşəratlar! Bəs əgər, keçmişi qorxulu olan indiki kiçik həşəratları böyütməyə cəhd etsəydik nə baş verərdi?

Bakı küçələrində kiməsə bu sualı versək cavabı belə olardı: Bunu niyə edirsiniz?

Qısa bir xatırlatma edək; əgər böyük həşəratları sevmirsinizsə, təcili sürətdə yazını oxumazdan əvvəl harada idinizsə, ora qayıdın. 

Təxminən 300 milyon il əvvəl, Permiyen erasında (Permian era) yaşayan böcəklərin çox böyük olduğu bizə məlumdur. Məsələn, Meqanueranı götürsək, bu nəhəng çəyirtkə çox böyük ayaqları (70 sm) və qanadları olan əsl qulyabani idi. Artruplora qırxayağının isə uzunluğu 3 metrə çatırdı.

Görəsən həşəratların belə böyük olmasının səbəbi nə idi? Bəs indi niyə onlar elə də böyük deyil? Bu, daha yaxşı sualdır!

Əksər araşdırmaçıların bu suala ən çox verdikləri cavab oksigen dövriyyəsi cavabıdır. Permiyen dövründə atmosferdə bu günə nisbətən təxminən 50% daha çox oksigen var idi. Böcəklər trakeal hava boruları vasitəsilə nəfəs alırdılar, çox böyük olduqları üçün, bədənin lazımi miqdarda oksigenlə təmin olunması hesabına tənəffüs boruları da böyük idi. Əgər, kifayət qədər oksigen var idisə, o halda hava borusu orqanizmə əlavə okigen daxil etmirdi və bu, həşəratların daha çox böyüməsini asanlaşdırırdı. 

Müasir qulyabani yaratmaq

Bütün bunların hamısı, bioloqları mövcud suala yönləndirdi: Daha çox oksigen olan mühitdə müasir həşəratlar böyüdülsə, nə baş verər?

Araşdırmalar göstərdi ki, bol oksigenli Palezoik atmosferinə oxşar mühitdə (təxminən 31% oksigen) çəyirtkələr yarım düym böyüdülər. 

Alınan nəticə nəhəng çəyitkələr qədər cəlbedici olmasa da alimlər bir neçə yüz milyon illik təkamülə qarşı mübarizə apardılar. Yalnız, bütöv təcrübənin sonuna gözəl bir nöqtə qoymaq üçün sonradan çəyirtkələr normadan daha az oksigenli yerdə yetişdirildilər və nəticə olaraq onların kiçildikləri müşahidə olundu. Eyni hallar pıspısılarda da müşahidə olundu amma hələ də cavablanmamış şübhəli məqamlar var. Məsələn, bol oksigenli mühitdə tarakanlar nəyinki çəyirtkələr qədər, hətta öz normal inkişaflarından da az inkişaf etdilər. 

Hər kəsin zənn etdiyi kimi: Tarakanlar bəşəriyyətin məhvindən sonra dünyanı ələ keçirmək üçün uyğunlaşıblar. 

Tərcümə: Könül Cəfərova

İstinad: Curiosity.com