Bu sualı yəqin sizə də veriblər və ya yəqin ki, bu barədə nə vaxtsa düşünmüsünüz. Deməli, beynimizin limbik sisteminin ən üst bölgəsində neokorteks adlanan hissə var. Bu hissə təxmin etmək, qərar vermək, müqayisə aparmaq, analitik düşünmək və s. kimi proseslərin baş verdiyi hissədir. Yırtıcılarda digər növlərə nisbətdə neokoretks daha böyükdür. Humanoid meymunlarda da həmçinin, amma ən böyük neokorteks insana məxsusdur.

Beyin böyüklüyü ilə ictimai əlaqədə olan fərd arasında bağlılıq olduğu elmi həqiqətdir. Heç bir heyvan insan kimi yüzlərlə müxtəlif heyvanla müxtəlif münasibətlər qura bilməz. Bizim bunu edə bilməyimizin səbəbi nəhəng neokorteksimizdir. 

100 fərqli insanla 100 fərqli söhbət edə bilərik! Neokorteksimiz bizi insan edən yeganə şeydir. Heyvanlardan bizi ayırıb ali primat edən də elə budur. Əxlaq adlandırılan şey əslində neokorteksimizdə mövcud olan yadı yaxından ayıra bilmə qabiliyyətimiz, davranışımızın zərərlimi, yoxsa xeyirlimi olduğunu hesablama gücümüzdür. Sosial əlaqələrin təkamül üstünlüyünün köməyilə inkişaf etmiş bir beynimiz var və sosiallığın üstünlüklərindən faydalanan bu faydanı genetik olaraq öyrənən bir növük. Əxlaqın niyə sırf bizə aid olduğuna dair verilən sualların qısa cavabı belədir: Böyük neokorteks! 

Yazı: Beynimiz və biz