Heç düşünmüsünüzmü ki, bu sarı işıq haradan gəlir və mənbəyi nədir?

Bildiyiniz kimi süfrə duzu iki elementin bir araya gəlməsindən ibarətdir. Natrium və Xlor. Süfrə duzunu ocağa atdığınız zaman yaranan işıqlar natriumdan qaynaqlanır. Bunlar natriumun D cizgiləri kimi tanınırlar və yan-yana iki sarı işıq kimi müşahidə olunurlar. Bu işıqların yaranması müşahidədir və həqiqətdir. Amma bu həqiqətin (və ya qanunun) niyə və necə bu formada olduğunu öyrənmək üçün nəzəriyyələrə ehtiyac duyuruq. Bu halda ehtiyac duyduğumuz nəzəriyyələr Kvant və Xüsusi Nisbilik Nəzəriyyələridir. Qəribədir, hə? Süfrənizdəki duzun yaydığı işığı anlamaq üçün müasir fizikanın ən əsas nəzəriyyələrini dərk etməlisiniz. Amma qısaca yazsaq:

Natriumun ətrafında yerləşən ən son elektronun, yəni 11-ci elektronun spini ilə eyni elektronun bucaq momenti əlaqəyə girir. Bu əlaqəyə natrium nüvəsindəki protonlardan qaynaqlanan yüklər və natriumun digər 10 elektronu da qatqı verir. Amma qəribə formada əgər bu əlaqəni Xüsusi Nisbilik Nəzəriyyəsini nəzərə almadan hesablasaq əlaqənin enerjisi normalda müşahidə olunandan 2 dəfə çox olacaq. Bu əlavə enerji Xüsusi Nisbiliyin atası sayılan Eynşteyni də təəccübləndirib. 1928-ci ildə Xüsusi Nisbiliyin belə bir təsiri necə yarada bildiyini dərk etməsi onun 2 həftəsini almışdı. Buna görə də həmin təsiri bu qısa yazıda izah etmək fikrində deyilik.

Amma bunu anlamağınızı istəyirik: Yeməyə duz vurarkən təsadüfən alova düşən duzdan çıxan sarı işığın hekayəsi qısaca olaraq yuxarıdakı kimidir. Bizim üçün sıradan olan şeylər ətrafımızdakı təbiətin necə işlədiyini anlamağımızı təmin edir. Burada da  bitmir: Kirchoff və Bunsen 1860-cı ildə Günəşdən gələn işıqda yuxarıda qeyd etdiyimiz iki cizginin əksik olduğunu gördükləri zaman Günəşin atmosferində natriumun olmasının vacibliyini qeyd etdilər. Sonradan aparılan araşdırmalarda həqiqətən də belə olduğu anlaşılır. Yəni, süfrə duzunun yaratdığı işıqla atmosferdən gözümüzə gəlib çatan işığın dalğa uzunluqlarındakı əksiklik eyni səbəblərdən qaynaqlanır.

Bəzən insanlar soruşurlar: Fizika real həyatda nə işə yarayır? Duzdan çıxan iki sarı işığın dalğa uzunluqlarını istədiyiniz həssaslıqda hesablama ilə tapa bilirik! Sonra bunu istifadə edərək atmosferik konsentrasiyanı böyük həssaslıqla ehtimal edə bilirik. Bir də bunları tibb və kosmos kimi daha populyar sahələrdə istifadə etdiyimizi düşünsək fizikanın niyə vacib olduğunu anlaya bilərik..

Hə, bir də fizika bunu deyir: Sürtünmə olmasaydı, siz olmazdınız. Əsl həyat mövcud olmazdı!