Futbolda aldadıcı zərbələr necə vurulur? Futbolçular qapıçını çaşdırıb qol vura bilmək üçün xüsusilə cərimə zərbələri zamanı topa havada istiqamət dəyişdirəcək şəkildə vurmağa çalışırlar. İstedadlı futbolçulara xas olan bu zərbələrin reallaşmasını təmin edən isə topun dönməsi və üzərinə təsir edən aerodinamik qüvvələrdir. Aerodinamik qüvvələr, hava (qaz) molekullarının cismin ətrafında hərəkət edərkən bu cismə təsiri ilə təyin olunur.

Top havada hərəkət edərkən havanı meydana gətirən molekullar topun ön tərəfinə çırpılır və cismi əhatə edərək geriyə doğru hərəkət edir. Əgər top havada hərəkət edərkən öz ətrafında fırlanırsa topun ətrafında hərəkət edən hava da onunla birlikdə fırlanır. Bu səbəblə hava topun bir tərəfində digər tərəfinə nisbətən daha sürətli hərəkət edir. Yəni, topun dönmə istiqaməti ilə havanın hərəkət istiqaməti eynidirsə, hava topun o tərəfində daha sürətli axır. Havanın topun ətrafında fərqli sürətlərdə hərəkət etməsi təzyiq fərqinə gətirib çıxarır. Bu, Bernulli qanunu olaraq bilinir. Havanın daha sürətli hərəkət etdiyi hissədə təzyiq aşağı olduğu halda, yavaş hərəkət etdiyi hissədə təzyiq yüksəkdir. Ətrafındakı təzyiq fərqi səbəbilə topun üzərinə təsir edən qüvvələr balanslı deyil və təzyiqin az olduğu tərəfə doğru dəqiq bir qüvvə ortaya çıxır. Bu qüvvə Maqnus qüvvəsi (effekti) olaraq adlandırılır.

Futbolda aldadıcı zərbələr necə vurulur?

Fırlanan cisimlərə təsir edən Maqnus qüvvəsinin istiqamətini fırlanma istiqaməti təyin edir. Məsələn, top fırlanma oxu yerə paralel şəkildə saat istiqamətindədirsə havada sağa doğru, saatın əksi istiqamətindədirsə sola doğru hərəkət edəcəkdir. Fırlanma oxu yerə perpendikulyardırsa topun üzərinə dönmə istiqamətinə görə aşağı, ya da yuxarı istiqamətli qüvvə təsir edir. Təbii ki, sonda Braziliya milli komandasının məşhur müdafiəçisi Roberto Karlosun 1997-ci ildə cərimə zərbəsindən Fransa komandasının qapısına vurduğu möhtəşəm qolu xatırlatmaq tam yerinə düşər.

TARAZLIQ FİZİKASI HAQQINDA

www.thoughtco.com