Dövrümüzdə ən çox yayılmış problemlərdən biri və bəlkə də birincisi gözlə bağlıdır. Belə ki, artan smartfon və kompüter istifadəsi 20-30 yaşına qədər gözləri zəifləməyən insanlara belə mənfi təsir etməyə başlayıb. Bu halda isə elm adamları göz narahatlıqlarından əziyyət çəkən şəxslər üçün süni göz qişası hazırlayıblar. Amma əsas məsələ göz olduqda vəziyyəti biraz ciddiyə almaq lazım gəlir.

Yetkinlərdən və uşaqlardan ibarət 400 nəfərlik qrupla yoxlanışdan keçirilən süni göz qişası testi olduqca yaxşı nəticələr verdi. Mövzu barədə açıqlama verən FDA hazırlanan göz qişasının; istifadəçilərin 70%-dən çoxunun işığa həssaslığınə və parıldama problemini aradan qaldırdığını bildirdi. Bundan başqa, istifadəçilərin 94%-i də göz qişasının tətbiqindən razı qaldı.

Əksəriyyət tərəfindən sevilən cihazın mənfi təsirləri də var. Ən tez-tez müşahidə olunan mənfi təsir isə cihazın gözün içində sürüşməsi idi və bu da cərrahiyyə əməliyyatı tələb edirdi. Hal-hazırki dövr üçün yeni olan bu texnologiya hər nə qədər razı qalınsa da hamilə və əlavə göz narahatlığı olan şəxslər üçün tövsiyyə olunmur.

Hər bir halda müxtəlif göz qişası narahatlıqlarına dərman ola biləcək bu inkişaf bizə yeni ümidlər bəxş edir. Sonda isə qeyd edək ki, CustomFlex süni göz qişası alman şirkəti HumanOptics AG tərəfindən hazırlanır.

İstinad: https://phys.org/news/2018-06-fda-artificial-iris.html