Puma bildiyiniz kimi olduqca sürətli yırtıcıdır. O ovunun arxasınca qaçarkən sürətini istədiyi kimi tənzimləyə bilir.

Pumanın bu ölümcül qaçışı bəzən ovladığı heyvanlar üçün, bəzən də özü üçün yaxşı nəticələnmir. Belə ki, əldə olunan ov ölür, əldə edə bilməyən puma isə olduqca böyük enerji itkisi yaşayır. Bu səbəblə, puma üçün qaçışın tənzimlənməsini düzgün etmək vacibdir.

Puma olduqca ağıllı canlıdır. Bu səbəblə də fərqli ovlara qarşı fərqli tənzimləmələr həyata keçirir. Məsələn, ceyranı ovlayarkən edəcəyi qaçışın xüsusiyyətləri ilə dovşanın arxasınca edəcəyi qaçışın xüsusiyyətləri xeyli fərqlidir. Qaçışın sonunda əldə edəcəyi mükafatın böyüklüyünə görə xərcləyəcəyi enerji miqdarını müəyyən edir. Əgər qaçarkən çox enerji xərcləyibsə və ovu əldə etdikdə bu enerji itkisini bərpa edə bilməyəcəksə böyük ehtimalla bir küncə çəkilib gözləyir.

Elə bu halı özümüzə tətbiq etsək, Səfeh Puma Sindromu, kiçik hədəfin arxasınca lazım olduğundan daha çox qaçaraq kiçik mükafat üçün illərlə özünü oda közə atan insanların düşdüyü vəziyyəti ifadə edir. Nə etməliyik? Əlbəttə ki, özümüzə həqiqətən də mübarizə aparmağa dəyəcək hədəflər təyin etməli və enerjimizi bu hədəflər üçün xərcləməliyik.

Bu səbəblə özümüzə aşağıdakı sualı tez-tez verək:

Hədəfinə çatarkən sərf etdiyin enerjiyə həqiqətən dəyəcəkmi?