İngiltərə mərkəzli enerji şirkəti Tokamak süni enerji mənbəylərinin hazırlanmasında tarixi bir addım atdı. Günəşin əsas mənbəylərindən olan Nüvə Enerjisinin dünyada enerji mənbəyi olaraq istifadə edilməsinə imkan verən Nüvə Füziyon Reaktorları artıq gerçəkləşdi. Tokamak şirkətinin dediklərinə görə, hazırladıqları prototip reaktorda Günəşdən daha isti dərəcələr əldə edildi. Rəsmi paylaşılan rəqəmlərə görə isə, 15 milyon dərəcəyə qədər istilik alınıb.

 

 

ST40 adı verilən nüvə reaktoru Tokamak tərəfindən 2030-cu ilə qədər istifadəyə verilməsi planlanır.

Hal-hazırkı versiya Prototipdir.

Qeyd edək ki, Tokamak şirkəti öz yatırımları hesabına 40 milyon dollar investisiya alıb və bir çox uğurlu addımlar atıb. Şirkətin ən böyük addımı isə, bina boyda və ya futbol stadiumu boyda olan nüvə reaktorlarını bir avtobus böyüklüyünə qədər kiçildib. Reaktorun daxilində enerjinin yaradılması isə elektronların sıxılması hesabına baş verir. Maqnit sahəsinin təsiri hesabına, elektronlar toqquşur və böyük enerjilər ortaya çıxır.

Tokamak şirkəti iddia edir ki, normal nüvə reaktorları ilə əldə edilən enerjidən qat-qat daha çoxunu bu prototip ilə əldə etmək mümkündür. Cihazın ilk prototip versiyası 2013, ikinci versiya 2015-də hazırlandı. Şirkətin ən böyük planı isə 100 milyon dərəcə istiliyə və enerjiyə çatmaqdır. Əldə olunan Plazma maqnitlər vasitəsilə tənzimlənir və faydalı enerjiyə çevrilir. Şirkət rəsmilərinin dediklərinə görə, 2030-cu ilə qədər artıq dünya üzərində bu reaktorlar istifadə ediləcək.