İnsan xoşagəlməz hallarla hər zaman qarşılaşa bilər. Hər halda ”Yaşaya-yaşaya öyrənirik”, cümləsini boşuna işlətmirik. 1 saat sonra başımıza hansı hadisələrin gələcəyini bilmirik, lakin tez-tez qarşılaşa biləcəyimiz hallara hazır olmalıyıq. Elm Azərbaycan olaraq Brightside platformasına istinadən sizlərlə 9 problemə qarşı həll yollarını paylaşırıq. 

  • Bir ilanın zəhərli olub-olmadığını pulcuqları ilə öyrənə bilərsiniz. Əgər bir ilanla qarşılaşsanız onun zəhərli olub olmadığını quyruq və bel pulcuqlarına baxaraq müəyyən edə bilərsiniz. Əgər zəhərlidirsə, ehtimal ki, quyruğunadək pulcuqları 1 formada olacaq.  

  • Pambıq əvəzinə yun paltarlardan istifadə edin. Yun paltarlar soyuq havalarda sizi daha isti saxlayır və müxtəlif xəstəliklərdən qoruyur. 

  • Qəza əsnasında təhlükəsizlik şarını təyyarədən ayrılmadığınız müddətcə açmayın. 

  • Daima alergiyaya qarşı (antihistamin) dərmanlar götürün. Nəyə qarşı alergiyalı olduğunuzu çox güman ki, əvvəlcədən bilmirsiniz və dərmanın olmamağı sizin üçün problem yarada bilər. 

  • Bədəninizin hər hansı bir yerinə kəsici alət batıbsa çıxarmağa tələsməyin və xəstəxanaya gedənə qədər ətrafını sarğı ilə bağlayın.

  • Hər hansı bir yanğın təhlükəsinə qarşı evinizdə və ya iş yerinizdə yanğın çıxışları quraşdırın!

  • Yanğın zamanı yerə maksimum dərəcədə yaxın olun!