Hansı tip yanğın necə söndürülməlidir? Əgər taxta, kağız və ya kömür kimi bərk cisimlərin yanması ilə nəticələnən yanğınla mübarizə aparırsınızsa, bu halda su köməyinizə çatacaq. Yəni, bu tip yanğınların üzərinə su püskürtdüyünüz zaman yanğının üzərini su ilə örtərək alovu soyudur və onu oksigendən məhrum edirsiniz. Çünki yanğının 3 şeyə ehtiyacı var: İstilik, yanacaq və oksigen. Bu üçündən hansısa biri yoxdursa, alov sönəcək. Bərk cisimlərə su püskürdəndə də baş verən hadisə məhz budur. Cisim bərk olduğu üçün sudan qaça bilməyəcək və bu sayədə su cismin üstünü örtərək alovu soyudacaq və söndürəcək. Bu tip yanğınlara A tipli yanğınlar deyilir.

Amma əgər yanan şey bərk yox, mayedirsə o zaman vəziyyət dəyişir. Məsələn, benzini götürək. Benzin yanan zaman ona su püskürtmək heç bir fayda verməyəcək. Bunun səbəbi benzinin sudan daha az sıxlığa malik olmasıdır. Əgər su püskürtsək benzin suyun üzərinə çıxacaq və yanmaqda davam edəcək. Hətta daha pisi də baş verə bilər. Məlumatsız halda yanan benzinin üzərinə daha çox su püskürtsəniz, yanğının daha geniş əraziyə yayılmasına səbəb ola bilərsiniz. Bir sözlə bu tip yanğınlarda (B tipli yanğınlar) suyun müsbət təsiri olmur. Su əvəzinə əsasən quru toz istifadə olunur.

Əgər sobada dağlanan yağ alovlandısa, üzərinə sürətlə və bol miqdarda duz tökməyə çalışın. Başqa bir üsul isə yanan tavanın üzərinə daha böyük bir tava yerləşdirməkdir. Məqsəd, yanğını soyutmaq əvəzinə, oksigenlə əlaqəsini kəsməkdir.

Qapını bağlayın – Yanğından qorunun!

Təəssüf ki, ətrafımızda yana biləcək şeylər təkcə maye və bərk halda olmurlar. Metallar da yanma qabiliyyətinə malikdirlər. Onlardan ən məşhuru isə maqneziumdur. Sadaladığımız ilk iki yanğın tipindən fərqli olaraq bu tip yanğınlarda su faydalı və ya faydasız yox, birbaşa zərərlidir. Çünki maqneziuma təsir edən su hidrogeni üzə çıxaracaq. Hidrogen isə yenidən alovlanaraq yanğını gücləndirəcək. Maqneziumun yanması məhz buna görə təhlükəlidir. Çox kiçik maqnezium hissələri belə nəhəng bir binanı yandırıb külə çevirə biləcək gücdədir. Xüsusilə xəlitə fabrikləri kimi metalların bol olduğu yerlərdə bu tip hadisələrə tez-tez rast gəlinir. Bunlara D tipli yanğınlar deyilir.

Soruşa bilərsiniz ki, bəs C tipli yanğınlar harda qaldı? Dərhal izah edək: Bu tip yanğınlar elektrik əsaslı yanğınlardır. Bu tip yanğınlarda ən böyük problem çox vaxt yanğın davam edərkən elektrik axınının da davam etməsidir. Bu səbəblə bu tip yanğınlara su püskürtsəniz mineral su yaxşı keçirici olduğu üçün elektrik axını daha çox nöqtədən yanğının başlamasına səbəb olacaq. Belə hallarda etməli olduğunuz ilk iş cərəyan mənbəyini bağlamaqdır. Beləliklə, C tipi əvəzinə A və ya B tipli yanğınları yuxarıda qeyd etdiyimiz qaydada söndürmək mümkün olacaq.

www.wikihow.com

Hansı tip yanğın necə söndürülməlidir?