Bu qış çoxumuz ölkəmizdə lazımi miqdarda qar yağmadığına görə təəccüblənirik. 

Bəs görəsən bunun səbəbi nədir? Havalar qar yağmayacaq qədər soyuya bilərmi?

ABŞ Beynəlxalq Hava Məlumat Mərkəzinin əməkdaşı Mark Serrizin bu mövzu ilə bağlı fikirlərini bölüşürük. O və iş yoldaşları buz topu – yəni, yarana biləcək buz dövrü – haqqında araşdırma aparır, suyun donduğu zaman əmələ gətirdiyi fərqli hərəkətlərlə maraqlanırlar. Serriz qeyd edir ki, texniki baxımdan 0 °C-dən aşağı temperatur qarın yağması üçün uyğun hesab edilir. Havaların qar yağmayacaq dərəcədə soyuq olması fikriylə də razılaşır. Çünki temperatur azaldıqca havadakı nəmi də özü ilə birgə aparır, bu da hər hansı yağıntının meydana gəlmə ehtimalını azaldır. 

”Unudulmuş qitə olaraq tanınan Antarktikanın buzla örtülü olduğunu hamımız bilirik. Antarktika orta hesabla planetimizdəki ən soyuq və ən küləkli yerdir. Bu qitə eyni zamanda, Yerin ən quraq ərazisidir. Orada atmosfer o qədər soyuqdur ki, çox az su buxarı yaranır.”, Serriz belə deyir.

Nadir hallarda qar yağır, amma yağan zaman sanki səthə yapışır. Orada buzdan mükəmməl bir lövhə əmələ gəlib. Antarktika dəniz səviyyəsindən 70 metr hündürdədir. Bunun səbəbi, yağan yağışın və qarın min illərdir orada yığılıb qalmasıdır. 

”Qısaca qeyd etsək, xeyr, hava qar yağmayacaq qədər soyuya bilməz, amma həddindən artıq quru ola bilər. Çünki soyuq hava əsasən daha qurudur, qar isə nəmli və orta istilik dərəcələrində yağmağa meyllidir. Nəticədə təbiətin işinə qarışa bilmərik, amma əgər qar yağışı istəyiriksə, eyni anda həm istiyə, həm də soyuğa ehtiyacımız var.”, deyir Serriz.