Havay adalarındakı Kilauea vulkanının gözlənilməz formada partlaması geoloqların diqqətinin bir andaca adaya yönəlməsinə səbəb olmuşdu. Kilauea vulkanının səbəb olduğu yeni bir təbiət hadisəsi isə həm heyrətləndirir, həm də qorxudur.

Lava axınının olduğu bəzi nöqtələrdə gecələr yerdən mavi alovların qalxdığı müşahidə olunur. Alovların səbəbini bilməyənlər isə bu sirli görüntülər qarşısında olduqca çaşqındırlar. Amma yaxşı ki, gözlənildiyi qədər sirli heçnə yoxdur.

Lavaların altında qalan ağac və bitkilər metan qazının yaranmasına səbəb olur. Bu qazlar səthin altındakı boşluqlarla irəliləyərək tektonik hərəkətlərin yaratdığı çatlardan səthə çıxır və mavi alovlar yaranır.

Mavi alovların ada xalqı üçün əlavə təhlükə olduğunu deyə bilmərik. Lakin metan qazının səthin altında sıxışması partlayışlara səbəb ola bilir ki, bu partlayışlar səbəbilə qaya parçaları ətrafdaki insanlara ziyan vura bilər.

Kilauea vulkanında baş verən partlayış bu günə qədər hər hansı bir insanın həyatını itirməsinə və ya yaralanmasına səbəb olmayıb. Lakin vəzifəlilər yerli xalqı lava dumanı barədə xəbərdar edirlər.