Bir çoxumuzun ürəyi, mədəsi və dalağı bədənimizin sol tərəfində yerləşdiyi halda qaraciyər, öd kisəsi kimi orqanlar da sağ tərəfdədir. Nəyə görə ”çoxumuz?”, çünki xarici mənbələrə istinadən onu deyə bilərik ki, dünya üzrə hər 8500 nəfərdən birində bu orqan yerləşməsi fərqli olur. İlk dəfə Mathew Baillie tərəfindən irəli sürülən və tibbdə Situs İnversus Totalis adlanan bu xəstəliyə görə bütün daxili orqanlar əks istiqamətlərdə yerləşirlər. Bu hal əsasən autosomal resessiv keçidli olmaqla yanaşı, bəzən də X xromosomuna ötürülür.

Bu xəstələrin bir çoxu asimptomatik olub, normal həyatlarına davam etdikləri halda cərrahi müdaxiləyə ehtiyac osla cərrahi heyət üçün texniki çətinliklər yaranır. Situs inversus totalisli xəstələrdə təcili hallar zamanı diaqnoz çətinləşə bilir. Xəstənin öz halından agah olması və bunu müvafiq tibb işçisinə deməsi diaqnoz qoymaq baxımından işləri asanlaşdırır.

Xəstələrin 70%-dən çoxu həyatla erkən vidalaşırlar.