Məşhur riyaziyyatçı və astronom Pyer Simon Laplas, 1814-cü ildə yazdığı “Ehtimallar üzərində fəlsəfi esse” məqaləsində Laplasın Şeytanı adlı düşüncə təcrübəsindən söz açır. Bu təcrübəyə görə, kainatdakı bütün zərrəciklərin yerini, hərəkət sürətini və istiqamətini, onlara təsir edən qüvvələri bilən virtual varlıq, əlindəki bu bilgiləri Nyutonun klassik mexanikasına əsaslanaraq analiz edib kainatın keçmişini və gələcəyini görə bilər. Bu düşüncə Laplasın determinist fəlsəfəni müdafiə etdiyini göstərirdi (yəni, o, düşünürdü ki, kainatda hər bir hadisə səbəb-nəticə əlaqəsinə tabedir, heçnə təsadüfi deyil). Bu düşüncə təcrübəsi statistik termodinamikanın inkişafında böyük rol oynamışdır, onun ardınca gələn fiziklər sırf bu düşüncəni çürütmək və ya təsdiqləmək üçün çalışırdılar. Sonrakı dövrlərdə edilən yeni kəşflər bu düşüncənin yanlış olmasına aid arqumentlər irəli sürdü:

Termodinamik geridönməzlik

Kimya mühəndisi Robert Ulanowicz-ə görə, Termodinamikanın ikinci qanunu, Entropiya və Geridönməzlik kimi anlayışlar Laplasın Şeytanı-nın keçmişi görməsini mümkün etmir. Termodinamikada baş verən hadisələrin bir çoxu geridönməzdir, Şeytan cismin indiki vəziyyətini analiz edib keçmişi haqqında düzgün məlumat verə bilməz.

Kvant qeyri-müəyyənliyi

Kvant fizikasının qəribə dünyasının günlük həyatımızdan necə fərqləndiyi haqqında az-çox məlumatınız var. Heisenberg-in qeyri-müəyyənlik prinsipinə görə, zərrəciyin eyni anda impulsu və mövqeyi tam dəqiqliklə ölçülə bilməz. Klassik mexanika atomaltı zərrəciklərin dünyasında keçərsiz olduğu üçün, Laplasın Şeytanı qeyri-müəyyənlik prinsipi ilə təkzib edilmişdir.

Kantorun diaqonal metodu

2008-ci ildə David Wolpert, Cantor metodu ilə Laplasın şeytanı düşüncəsini çürütdüyünü elan etdi. O, şeytanın analizlər aparmaq üçün hesablayıcı qurğuya malik olduğunu fərz etdi, belə olduqda bu cür eyni iki hesablayıcı maşın heç vaxt bir-birinin hərəkətini tam dəqiq hesablayıb təxmin edə bilməyəcəkdi.

Ziqmund Freyd və şüuraltı