Cinsi əlaqə insan təbiətinin əvəzolunmaz hissəsidir. Amma özümüz qədər digər canlılarda da bu prosesin necə getdiyi çoxumuzda maraq doğurur. Seks biologiyası haqqında aparılan araşdırmalar təbiətdəki digər qohumları ilə müqayisədə insanlarda seksin olduqca problemsiz ötüşdüyünü üzə çıxarır. Onda gəlin biraz da cinsi əlaqəsi çox qəribə olan canlılara nəzər salaq;

Bir dişi fil heç vaxt istəmədən cinsi əlaqəyə girmir

Fillər məməlilər qrupunun əvəzedilməz üzvlərindən sayılırlar. Bu qrupda dişilər penisə oxşar formada xaricə doğru uzanan klitorisə sahibdirlər. Bu orqan saxta penis (pseudo-penis) kimi də adlandırılır. Fillər üzrə mütəxəssis olmayan şəxs bu orqana baxıb fərdin erkək və ya dişi olmasını çox çətin ayırd edə bilir. Bu orqanın dişidə mövcud olması eyni zamanda dişinin erkəklə cütləşməzdən əvvəl saxta penisini bədəninin içinə çəkməsini də vacib edir. Əgər dişi bunu etməsə, deməli cinsi əlaqəyə hazır deyil və ya istəmir.

Sevgi fədakarlıq tələb edir

Erkək Tidarren hörümçəkləri o qədər böyük penisə sahibdirlər ki, sadəcə penislərini böyütmələri belə inanılmaz vaxt və enerji tələb edir. Qəribədir ki, bu hörümçəklər uğurlu cütləşmədən sonra penislərini qoparıb atırlar. Xədim qaldıqdan sonra həyatlarını sahib olduqları dişiləri qorumaqla keçirirlər və bir də heç vaxt cütləşə bilmirlər.

Səninlə əlaqəyə girəni sevməlisən

Dişi simpanzelər eynilə qadınlarda olduğu kimi seçdikləri erkəklə cütləşdikləri zaman orqazm olma ehtimalları daha da yüksəlir. Burada sosial statusun təsiri də böyük rol oynayır. Yapon əntərləri ilə aparılan araşdırma statusun orqazmla əlaqəsini üzə çıxarıb. Araşdırmaya görə yüksək statusa sahib erkəklərlə aşağı statuslu dişilərin cinsi əlaqəsində yüksək orqazm sıxlığına rast gəlinib. Özünə yer tapa bilməyən erkəklərlə statusu yüksək olan dişilərin əlaqəsində isə aşağı orqazm sıxlığı müşahidə olunub.

Dişilər erkəksiz də olduqca rahat yaşayırlar

Dişi iynəcələr sperma depolaya bilən depolama orqanına sahibdirlər və bu orqan sayəsində bütün çoxalma dövrü boyunca ehtiyac duyacaqları spermanı cəmi bir və ya iki cinsi əlaqədə ala bilirlər.

Güvənli seks ağıllı seksdir

Heyvan krallığı cinsi yolla yoluxan bəzi xəstəliklərə qarşı immunitetə sahib deyil və yoluxucu xəstəliklər kainatın bəlkə də ən şirin canlıları olan koalalara da dərindən təsir edir. Avstraliyadakı demək olar ki, bütün koalalar vaginal axıntı, sistit və bəzi göz xəstəliklərinə, eləcə də sonsuzluğa səbəb olan chlamydia infeksiyasına yoluxmuş haldadırlar.