Heyvanlar aləmi haqqında veriləcək saysız-hesabsız suallar vermək olar. Biz isə maraqlı hesab etdiyimiz 3 sual haqda yazmağa çalışmışıq.

Erkək şirlərin başında niyə qalın tüklər var?

Meşənin şahı adlandırılan şirlər olduqca əzəmətli görünürlər. Xüsusən də erkək şirlər. Erkək şirlər sadəcə dişi şirlərdən yox, onları canlı aləmdə bütün növlərdən fərqləndirən başətrafı qalın tüklərə sahibdirlər. Bu tüklər testesteron səviyyəsi səbəbilə bu cür gur görünürlər.

Bununla yanaşı, erkək şirlər qalın uzun tüklərini dişilər üzərində hakim olmaq və ya güclərini nümayiş etdirmək üçün istifadə edirlər. Cütləşəcəyi erkək şiri axtaran bir dişi üçün güclü və gur tüklü bədən daha cəlbedici olur. Tüklərin uzunluğundan başqa rəngi də dişi şirlərin qərar verməsini təmin edir. Daha tünd tüklər daha yüksək testesteron səviyyəsi deməkdir. Tükləri gur, tünd və qabarıq olan şir daha güclü və daha iri görünür. Bu sayədə şir rəqiblərinə qarşı daha potensiallı olur.

Tutuquşular necə danışırlar?

Heyvanlar aləmi-nin əvəzolunmaz üzvlərindən sayılan tutuquşular Psittaciformes ailəsini əmələ gətirən qıvrım dimdikli, ətli və qalın dilli, parlaq tüklü, isti yerlərdə yaşayan quş növlərinə verilən addır. Hamısı olmasa da bir çox üzvü danışa bilir. Təbii mühitlərdə birlikdə yaşayan tutuquşular yuvalarını əsasən ağac oyuqlarına salırlar. İnsan səslərini və melodiyaları əzbərləyib təkrarlaya bilirlər. Tutuquşularda insanlar kimi səs telləri yoxdur; səsləri xüsusi orqanla, yəni yevstaxi borusu ilə çıxarırlar. Tutuquşular çox güclü yaddaşları sayəsində öyrəndikləri sözləri təkrar edirlər. Amma təkrar etdikləri sözlərin nə demək olduğunu bilmirlər. Tutuquşu növləri arasında Jako danışması ilə məşhurlaşmış tutuquşu növüdür.

Daha əvvəl varlığından xəbərsiz olduğumuz dəniz canlıları

Quşlar harada yatırlar?

Bəşər övladının ən yaxın dostlarından biri sayılan quşların yuxuya getmə forması çoxumuza maraqlıdır. Onlar harada və necə yatırlar? Quş növlərinin böyük hissəsi unememispheric yuxu deyilən yarı yuxulu, yarı oyaq formada yatırlar. Təbiətdəki digər yırtıcılar tərəfindən tez-tez hədəfə düşən quşlar bu təhlükə səbəbilə unememispheric yuxuya üstünlük verirlər. Suyun üstündə, yırtıcıların çox olmadığı adalarda, dərin oyuqlarda və ya daha yüksək ərazilərdə yatmağa üstünlük verirlər. Əsasən qrup formasında yataraq təhlükəsizliyi artırırlar.

Heyvanlar aləmi haqqında sizə maraqlı gələn sualları facebook şərh bölməsində yaza bilərsiniz.

http://www.sciencefocus.com