Bəzən həyatınızda nələrdənsə bezirsiniz. Hər şeydən uzaqlaşmaq fikrinə düşürsünüz. Bəs müəyyən müddət ərzində kosmosa uçsaydınız möhtəşəm olmazdımı? Bu səyahəti daha da mükəmməlləşdirən yeganə amil isə lüks otelin sizi qonaqlaması olardı. Yaxşı xəbərimiz var: Artıq belə bir otel erkən rezervasiyalar təqdim edir. (Təbii ki, cibinizə uyğun olduğunu düşünsək)

Holiday İnn Orbit

   ”Aurora Stansiyasına xoş gəldiniz.” Xeyr, hələ ki, yox. Dünyanın ilk kosmik oteli 2021-ci ilin sonuna qədər tam hazırlanacaq və 2022-ci ildən etibarən ilk varlı müştərilərini qəbul edəcək. Amma 80.000 $-lıq büdcəniz varsa depozit qoyaraq yerinizi indidən rezerv edə bilərsiniz. Bəli, sadəcə depozit! 1 tur üçün ümumi məbləğ isə 9.5 milyon dollardır. Gəlin görək, bu qiymətlərə nələr daxildir:

  • Transfer
  • Müxtəlif kosmik təcrübələr (Daha çox çəkisizliklə bağlı)
  • 12 günlük qonaqlama (qida və s.)
  • Mükəmməl Gün doğumu və batımı hadisəsini 12 gün izləmək şansı
  • 4 otel müştərisindən biri olmaq
  • Həm şimal, həm də cənub qütbü işıqlarını izləmək

Otelin qurucusu Orion Span gələcək planlarından danışarkən deyib ki, əsas problemləri təhlükə zamanı müştəriləri təhlükəsiz vəziyyətdə Yerə çatdırmaqdır. Bundan başqa, otelə çoxlu sayda otaq əlavə etmək onun gələcək planlarının bir hissəsidir. Orion Span çəkisizlik araşdırmaları üçün yeni laboratoriyalar da inşa etdirmək istəyir.

Bəlkə də burada qalmaq üçün kifayət qədər büdcəniz yoxdur, amma əminik ki, bu fürsəti qaçırmaq istəməzdiniz!

https://curiosity.com/topics/the-first-luxury-space-hotel-is-taking-reservations-curiosity/